Icma.az
close
up
RU
Britaniyada dron zavodunun yaxınlığında partlayış olub VİDEO

Britaniyada dron zavodunun yaxınlığında partlayış olub VİDEO

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az “Sky News” telekanalına istinadən xəbər verir ki, sentyabrın 24-ü axşam saatlarında fövqəladə xidmətlər və hüquq-mühafizə orqanları “Groundwell” sənaye kompleksinə çağırılıb. Uiltşir qraflığının polisi digər sakinlərin təxliyəsinə ehtiyac olmadığını vurğulayaraq, “ətrafdakı ərazidə təxliyə işlərinin aparıldığını” bildirib.
Yaxınlıqda yaşayan insanlar evdə qalmağa, bütün pəncərələri bağlamağa və sənaye kompleksinə daxil olmamağa çağırılıb.
- Hadisə yerində ən azı on yanğınsöndürən və ixtisaslaşdırılmış maşınlar, o cümlədən pilləkən platforması və su daşıyan maşınlar var. Anbarda baş verən böyük yanğınla mübarizə apardıqlarını və alovun nəzarət altına almağa çalışırıq”, - Dorset və Uiltşer Yanğın-Xilasetmə Xidmətinin məlumatında deyilir.
Yerli sakinlər sosial şəbəkələrdə “güclü partlayış” barədə məlumat veriblər.
"Böyük bir atəş kürəsi. Ümid edirəm ki, heç kim xəsarət almayıb”, - hadisənin şahidlərindən biri yazıb.
BBC xəbər verir ki, “Şotlandiya və Cənubi Elektrik Şəbəkələri (SSEN)” 77 abonentə təsir göstərən ərazidə elektrik enerjisinin kəsildiyini bildirib. SSEN kəsintiləri “şəbəkəmizlə bağlı təhlükəsizlik problemləri” ilə əlaqələndirib. Operatorun saytında verilən məlumata görə, hazırda Suindonda heç bir kəsinti yoxdur.
Xatırladaq ki, keçən həftə Böyük Britaniya hökuməti gələn il Suindonda böyük dron istehsalı müəssisəsinin açılışını elan edib. Obyekt Kral Hərbi Hava Qüvvələri üçün “StormShroud” dronları istehsal edən “Tekever” şirkətinə məxsusdur. Böyük Britaniya hökuməti həmçinin istehsalçıdan Ukrayna üçün ümumilikdə təxminən 270 milyon funt sterlinq dəyərində pilotsuz təyyarələr alıb.
Ölkənin ən böyük zavodlarından biri olacaq zavodda növbəti beş il ərzində 1000 iş yerinin yaradılması gözlənilir. Müəssisə təxminən 24 min kvadratmetr ərazini əhatə edəcək.
- “Tekever” şirkətinin genişləndirilməsi Suindonu yüksək ixtisaslı iş yerləri və dünya üzrə aparıcı pilotsuz təyyarə istehsalı ilə təmin edəcək, eyni zamanda müdafiə sənayesi üçün təchizat zəncirlərini gücləndirəcək”, - Böyük Britaniyanın Müdafiə naziri Con Hili vurğualyıb.


Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Sentyabr 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri