Icma.az
close
up
RU
Britaniyada İcmalar palatası evtanaziyanın lehinə səs verib

Britaniyada İcmalar palatası evtanaziyanın lehinə səs verib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 21 iyun, AZƏRTAC

Böyük Britaniyanın İcmalar palatası cümə günü, iyunun 20-də ölkədə bir nəslin həyatında ən böyük sosial dəyişikliyə yol açan evtanaziyanın qanuniləşdirilməsini nəzərdə tutan qanun layihəsinin lehinə səs verib.

AZƏRTAC xəbər verir ki, qanun layihəsinin lehinə 314, əleyhinə isə 291 deputat səs verib.

“Müalicəsi mümkün olmayan xəstə yetkinlər – ömrün sonu ” Qanun layihəsinə əsasən, İngiltərə və Uelsdə yaşı 18 və daha çox olan, altı ay və ya daha az ömrü qalan ruhi cəhətdən sağlamı, fiziki baxımdan ölümcül xəstələr həyatlarını başa çatdırmaq üçün yardım tələb edə və onu ala biləcəklər. Müalicəsi mümkün olmayan xəstəliyə tutulmuş konkret şəxs üçün evtanaziyaya icazə verilməsi barədə qərar iki müstəqil həkim, hüquqşünas, sosial işçi və psixiatrdan ibarət komissiya tərəfindən veriləcək. Xəstə həyatına son qoymaq arzusunu qəti və aydın şəkildə bəyan etməli, qohumları və ya digər insanlar tərəfindən heç bir məcburiyyət olmamalıdır. Bundan əlavə, xəstə ölümə səbəb olan preparatı müstəqil şəkildə qəbul etməlidir.

Qanun layihəsi növbəti mərhələdə Böyük Britaniyanın yuxarı - Lordlar palatasına göndəriləcək və orada aylarla müzakirə ediləcək. Bununla belə, əlavə düzəlişlər də ola bilər.

Sənəd hər iki palata tərəfindən qəbul olunarsa, Böyük Britaniya Avstraliya, Kanada və digər ölkələrə, eləcə də ABŞ-ın bəzi ştatları ilə bərabər evtanaziyanın qanuni olduğu ölkələr sırasında yer alacaq.

Londonda yüzlərlə insan səsvermənin nəticələrini öyrənmək üçün parlament binası qarşısında toplaşıb. Nəticələrin açıqlandığı məqamda qanun layihəsini dəstəkləyən insanlar sevincdən qucaqlaşıb, onu alqışlayıblar. Onlar “qələbə”, “biz qalib gəldik” şüarları səsləndirib, plakatlar qaldırıblar. Qanuna qarşı çıxanlar isə xəbəri susqunluqla qarşılayıblar.

Rəy sorğuları göstərir ki, britaniyalıların əksəriyyəti evtanaziyanı dəstəkləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 İyun 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri