Icma.az
close
up
RU
Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə Panel sessiya

Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə Panel sessiya

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində "Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə" mövzusunda panel sessiya təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Layihə Xidmətləri Ofisinin (UNOPS) Proqram rəhbərinin müavini, Salman Haqın moderatorluğu ilə keçirilən panel müzakirədə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, NATO-nun Silahlara Nəzarət, Tərksilah və Kütləvi Qırğın Silahlarının Yayılmaması üzrə bölməsinin rəhbəri Eirini Lemos-Maniati, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibinin müavini Fərid Dəmirli, Ukrayna Minatəmizləmə Mütəxəssisləri Assosiasiyasının rəhbəri Timur Pistriuha, IHH Humanitar Yardım Fondunun direktoru Tural Əli Kamal çıxış ediblər.

Çıxışlar zamanı mina qurbanlarının reabilitasiyası və onların sosial-iqtisadi həyata reinteqrasiyası, icmaların təhlükəsizliyinin və dayanıqlılığının gücləndirilməsi üçün beynəlxalq tərəfdaşlığın və uzunmüddətli dəstəyin əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, minatəmizləmənin təhlükəsiz məskunlaşma və əhalinin davamlı geri qayıdışının təmin edilməsində, etimad mühitinin yaradılmasında və post-münaqişə ərazilərinin bərpasında rolu nəzərdən keçirilib.

Müzakirələrdə mina fəaliyyətinin əsas məqsədinin yalnız torpaqların təhlükədən təmizlənməsi deyil, insanların təhlükəsizliyinin, ləyaqətli yaşayışının və gələcəyə inamının bərpa edilməsi xüsusi vurğulanıb. Sessiyada icmaların dayanıqlığının təmin olunması üçün humanitar minatəmizləmə, dövlət qurumları, beynəlxalq tərəfdaşlar və yerli icmalar arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, mina qurbanlarının dəstəklənməsi hərtərəfli reabilitasiya, sosial və iqtisadi reinteqrasiya, eləcə də uzunmüddətli dəstək mexanizmlərini əhatə etməlidir. Təhlükəsiz ərazi dayanıqlı icmanın təməlidir. Minatəmizləmə insanların doğma yaşayış yerlərinə təhlükəsiz qayıdışını, məskunlaşmasını və normal həyat fəaliyyətinin bərpasını mümkün edir. Beynəlxalq əməkdaşlıq mina probleminin miqyası və mürəkkəbliyi nəzərə alınmaqla, uzunmüddətli və davamlı nəticələrin əldə olunması üçün əsas amillərdən biridir.

Dövlət qurumları, beynəlxalq təşkilatlar, donorlar və yerli icmalar arasında koordinasiya minatəmizləmə fəaliyyətinin səmərəliliyini və nəticələrinin davamlılığını təmin edir. Dayanıqlı nəticə üçün minatəmizləmə yalnız bir əməliyyat kimi deyil, təhlükəsizliyin, sosial rifahın, iqtisadi inkişafın və icmaların gələcək dayanıqlılığının təmin edilməsinə yönəlmiş kompleks proses kimi qəbul edilməlidir.

Müxbirlər - Göyçək Mahmudlu, Aytac Haqverdiyeva

Fotoqraflar - Azər İbrahimov, Səfiyar Məcnun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Sentyabr 2026 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri