Icma.az
close
up
RU
Britaniyada istehsal sektoru tənəzzül dövrünə qədəm qoyub

Britaniyada istehsal sektoru tənəzzül dövrünə qədəm qoyub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 sentyabr, AZƏRTAC

Britaniya istehsal sektoru üç aylıq cüzi inkişafdan sonra avqustda yenidən tənəzzül dövrünə qədəm qoyub, çünki şirkətlər daha yüksək xərclər və zəifləyən tələbin ikiqat təzyiqləri ilə mübarizə aparır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, “S&P Global” tərəfindən dərc edilən məlumatlar istehsal sektorunun satınalma menecerləri indeksinin (PMI) iyulda 48-dən avqustda 47-yə düşdüyünü göstərdi ki, bu da sektorun ardıcıl 11-ci ayda daraldığına işarə edir. “S&P Global Market Intelligence”in direktoru Rob Dobson həm ölkə daxilində, həm də xaricdə tələbatın təxminən iki ilin ən sürətli tempi ilə düşdüyünü bildirib.

Britaniya Sənaye Konfederasiyası (CBI) avqust ayında ümumi sifarişlərin iyul ayına nisbətən daha zəif olduğunu və uzunmüddətli orta göstəricidən xeyli aşağı düşdüyünü qeyd edib. İxrac tələbi də əvvəlki ayla müqayisədə kəskin azalıb. Konfederasiyanın 311 istehsalçı arasında apardığı sorğu nəticəsində məlum olub ki, son üç ayda istehsal 17 alt sektordan 14-də azalıb, kimyəvi maddələr, kağız, çap və metal sektorları ən çox zərər çəkib.

Eyni zamanda, xərclər də artmağa davam edib. Artan minimum əmək haqqı və daha yüksək işəgötürən milli sığorta töhfələri daxilolma xərcləri indeksini iyulda 57.0-dan avqustda 57.7-yə gerilədib.

Auditor firması RSM-in sənaye şöbəsinin rəhbəri Mayk Tornton bildirib: “İstehsalçılar qiymətləri artırmaqdansa, əlavə xərclər götürməli olurlar. Daha yüksək enerji və əmək xərcləri ilə birlikdə mənfəət marjaları sıxılır”.

Britaniya avtomobil sənayesi bu problemləri əks etdirir. Avtomobil İstehsalçıları və Tacirləri Cəmiyyətinin məlumatına görə, iyul ayında yerli avtomobil satışları illik müqayisədə 14 faiz, ixrac isə 9,9 faiz azalıb. Cəmiyyətin baş icraçı direktoru Mayk Housun sözlərinə görə, istehsalın cüzi artımına baxmayaraq, zəif istehlakçı inamının və qlobal ticarətin pozulması sənayeni qeyri-sabit vəziyyət gətirib.

Britaniyadan ABŞ-a ixracın həcmi də azalıb. Milli Statistika İdarəsi bu ixracın iyun ayında 700 milyon funt sterlinq (936 milyon ABŞ dolları), əvvəlki ayla müqayisədə 14,5 faiz azaldığını bildirib ki, bu da 2022-ci ilin fevralından bəri ən kəskin geriləmədir.

Xərc təzyiqlərinin tezliklə azalacağı ehtimalı yoxdur. Keçən il vergi artımları biznes xərclərini artırıb, lakin bu artan dövlət xərcləri fonunda gərginlik altında qalan dövlət maliyyəsini yaxşılaşdırmaq üçün kifayət deyil. İstehsalçılar indi qarşıdan gələn payız büdcəsində əlavə vergi yüklərindən qorxurlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri