Icma.az
close
up
RU
Britaniyalı akademik: COP29 digər iqlim konfranslarından fərqlənir

Britaniyalı akademik: COP29 digər iqlim konfranslarından fərqlənir

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"COP29-da iqlim maliyyələşməsi və bu sahədə Azərbaycanın mühüm rolu xüsusi diqqət mərkəzindədir".

Bu sözləri Böyük Britaniyanın Lafboro (Loughborough) Universitetinin professoru və İqlimə Uyğun İnkişaf Proqramının (The Climate Compatible Growth Programme) direktoru, akademik Mark Hovells AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.

Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayan Mark Hovells bildirib: "COP29-da keçirilən məhsuldar görüşlər iqlimlə bağlı təşəbbüsləri həyata keçirmək üçün çox yaxşı mühit yaradır. COP29 digər iqlim konfranslarından fərqlənir, çünki bu dəfə əsas diqqət ambisiyaların reallığa çevrilməsinə yönəlib".

Britaniyalı akademik iqlim maliyyələşdirilməsində böyük maneələrin olduğunu qeyd edib. "Maliyyə vəsaitlərinin mövcudluğuna baxmayaraq, ölkələrin investisiya planlarını strukturlaşdırması və hökumət səviyyəsində qəbul edilə bilən xərclər-faydalar təhlilinə çevrilməsi çətindir. Bu prosesin sadələşdirilməsi üzərində çox iş aparılır, çünki bir çox iqlim investisiyaları, əslində, çox sərfəlidir", - deyə o əlavə edib.

O, həmçinin "Data to Deal" (Datadan Müqaviləyə) adlı ümumi mövzuya diqqət çəkib. Deyib ki, bu təşəbbüs məlumat toplamaqdan başlayaraq təhlil aparmaq, siyasəti uyğunlaşdırmaq, xərclər-faydalar təhlili aparmaq və maliyyə institutları ilə əməkdaşlıq quraraq layihələrə maliyyə cəlb etməyə qədər bütün mərhələləri əhatə edir. Akademik vurğulayıb ki, bu proseslərdə yerli mütəxəssislərin iştirakı olduqca əhəmiyyətlidir. "Bütün bunların yerli insanlar tərəfindən idarə olunması çox vacibdir, ona görə də, biz yerli bilikləri siyasət, planlar və biznes müqavilələrinə çevirmək üzərində çalışırıq", - deyə Hovells diqqətə çatdırıb.

COP29-dakı təşkilatçılıqla bağlı sualı cavablandıran M.Hovells tədbirin məkanının çox əlçatan olduğunu və iştirakçılara kömək edən könüllülərin böyük dəstək verdiklərini vurğulayıb. "Bu tədbir məkanında hər şeyi tapmaq asandır və hər nöqtədə sizə istiqamət verən köməkçiləri görmək mümkündür. Bu, çox xoş mühit yaradır", - deyə akademik bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Noyabr 2024 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri