Britaniyalı diplomat: Birləşmiş Krallıq Cənubi Qafqazda sülh üçün bütün səyləri dəstəkləməyə davam edir
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Birləşmiş Krallıq Azərbaycan və Ermənistanı sülh sazişi üzrə danışıqların başa çatması münasibətilə təbrik edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatındakı (ATƏT) nümayəndə heyəti rəhbərinin müavini Deyrdre Braun (Deirdre Brown) bildirib.
"Bu, tarixi bir andır və biz hər iki tərəfi sazişi mümkün qədər tez imzalamağa çağırırıq. Sülh sazişi üzərində işlərin yekunlaşdırılması davamlı sülhə nail olmaq və bütövlükdə Cənubi Qafqazda təhlükəsizliyi, sabitliyi təmin etmək üçün ən yaxşı yoldur", - o, əlavə edib.
D.Braun vurğulayıb ki, sülh müqaviləsi təkcə Ermənistanla Azərbaycan üçün deyil, həm də onların qonşuları üçün ticarətin və rifahın artmasına yol açar:
"Biz hər iki tərəfi sülh perspektivlərinə xələl gətirən ritorikadan çəkinməyə çağırırıq. Münaqişəyə qayıdış faciə olar və regionda sülhün əldə edilməsindəki irəliləyişi yox edər. Birləşmiş Krallıq Cənubi Qafqazda davamlı sülhün təmin olunması üçün bütün səyləri dəstəkləməyə davam edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 27 Mart 2025 19:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















