Britaniyalı nazirin təyyarəsinə radiomüdaxilə oldu
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Böyük Britaniyanın müdafiə naziri Con Hilinin olduğu təyyarə Rusiya sərhədi yaxınlığından uçarkən peyk siqnalını itirib.
Avtosfer.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Bildirilir ki, Estoniyadan Böyük Britaniyaya uçan təyyarə Rusiya sərhədi yaxınlığından keçərkən radiomüdaxilələrlə üzləşib. Bütün uçuş müddətində GPS-naviqasiya işləməyib. Siqnalı bərpa etmək üçün avadanlığı yenidən yükləmək lazım olsa da, təyyarə havada olarkən bunu etmək mümkün olmayıb.
Qeyd edilib ki, səfər çərçivəsində nazir Estoniyada dislokasiya olunmuş britaniyalı əsgərləri ziyarət edib. Hili ilə birlikdə təyyarədə hərbi və siyasi məsləhətçilər, bir general-leytenant, iki fotoqraf və jurnalist olub.
Rusiya tərəfi məsələni şərh etməyib.
Böyük Britaniya Müdafiə Nazirliyindəki anonim mənbə isə ölkənin hərbi hava qüvvələrinin Rusiyanın belə müdaxilələrinə hazır olduqğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 25 May 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















