Britaniyalı sabiq parlamentari: Azərbaycan son illərdə enerji siyasətində bərpaolunan mənbələrə xüsusi önəm verir
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 25 sentyabr, AZƏRTAC
COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi dövlətinizin bu sahəyə verdiyi dəyərin bariz nümunəsidir. Həmçinin Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə enerji təhlükəsizliyinin vacibliyinə diqqət çəkib. Enerji isə Böyük Britaniya ilə Azərbaycan arasındakı münasibətlərdə əsas amildir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniya Parlamentinin sabiq deputatı David Duguid 1-ci Azərbaycan-Birləşmiş Krallıq Siyasət Dialoqunun açılış mərasimində deyib.
O qeyd edib ki, Azərbaycan son illərdə enerji siyasətində bərpaolunan mənbələrə xüsusi önəm verir. Günəş və külək enerjisi layihələrinin inkişafı, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi bu istiqamətdə mühüm addımlardır. “Məqsəd ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, iqtisadiyyatın şaxələndirilməsinə və ekoloji davamlılığa nail olmaqdır. Azərbaycan həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində yaşıl enerjinin inkişafını dəstəkləyir və qlobal iqlim gündəliyinə töhfə verməyə çalışır”, - deyə David Duguid əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 25 Sentyabr 2025 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















