Britaniyalı tarixçi xəbərdarlıq edir: “Üçüncü dünya müharibəsi artıq başlamış ola bilər”
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "Daily Mail" nəşrinə açıqlamasında danışıb.
Tarixçinin sözlərinə görə, belə bir müharibənin əsas göstəricilərindən biri “seçim müharibələri” adlanan hallardır. Bu, dövlətlərin özünümüdafiə məqsədilə deyil, daha çox siyasi səbəblərlə silahlı münaqişələrə qoşulması deməkdir. Glees hesab edir ki, gələcək tədqiqatçılar 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi — yəni 24 fevral 2022-ci il tarixini qlobal qarşıdurmanın mümkün başlanğıc nöqtəsi kimi qiymətləndirə bilərlər.
Ekspertin qeyd edib ki, ikinci əlamət beynəlxalq hüquqa hörmətsizlik və “güclü olan haqlıdır” prinsipinin yayılmasıdır. Onun fikrincə, bu cür yanaşma XX əsrin ən böyük müharibələri ərəfəsində də müşahidə olunmuşdu. Həmin dövrlərdə aqressiv rejimlər beynəlxalq razılaşmaları nəzərə almadan qonşu ölkələrə hücum edirdilər.
Glees üçüncü amil kimi siyasi liderlərin silahlı münaqişələri tez bir zamanda bitirmək istəməməsini göstərir. Əksinə, hərbi əməliyyatların uzadılması və miqyasının genişlənməsi getdikcə daha çox ölkənin münaqişəyə cəlb olunmasına səbəb ola bilər.
Tarixçi vurğulayıb ki, hazırkı beynəlxalq vəziyyət XX əsrin əvvəllərində baş verən və sonradan dünya müharibələrinə gətirib çıxaran hadisələrlə təhlükəli paralellər təşkil edir. Onun fikrincə, məhz bu amillərin birləşməsi gələcəkdə tarixçilərə qlobal münaqişənin artıq başladığını deməyə əsas verə bilər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 12 Mart 2026 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















