Britni Spirs musiqilərinin hüquqlarını 200 milyona satdı
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Britni Spirs bütün musiqi kataloqunun hüquqlarını “Primary Wave” şirkətinə satıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, təxminən 200 milyon dollar dəyərində olan müqavilə 30 dekabrda bağlanıb.
“Primary Wave” əvvəllər reper “Notorious B.I.G.”, müğənni Prins və Uitni Hyustonun əmlakının hüquqlarını da əldə edib.
Şirkət BBC-nin şərh sorğusuna cavab verməyib, Spirsin nümayəndələri isə şərh verməkdən imtina ediblər.
Nəşrin məlumatına görə, Spirs dünyada 150 milyondan çox albom satan ən çox satılan qadın sənətçilərdən biridir. Onun kataloquna 1999-cu ildə debüt etdiyi vaxtdan bəri buraxılan doqquz studiya albomu daxildir. 2023-cü ildə Spirs “Məndəki qadın” adlı memuarlarını nəşr etdirib və orada çəkdiyi travmadan bəhs edib. 2024-cü ilin yanvar ayında müğənni heç vaxt musiqi sənayesinə qayıtmayacağını açıqlayıb. Onun son mahnısı 2022-ci ildə çıxan Elton Conla duet olub.
Bu mövzuda digər xəbərlər:Britni Spirs musiqi kataloqunu 200 milyon dollara satdı
12 Fevral 2026 15:14
Britni Spirs bütün mahnılarının hüquqlarını satıb
12 Fevral 2026 17:36
Britni Spirs BOŞANDI
03 Dekabr 2024 15:22
Britni Spirs boşandı
03 Dekabr 2024 15:18
Britni Spirs mahnılarını bu qiymətə satdı
11 Fevral 2026 13:57
Baxış sayı:119
Bu xəbər 11 Fevral 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















