Icma.az
close
up
RU
Kənd toyuğu, yoxsa broyler toyuğu yeyək? Qida eksperti SİRLƏRİ AÇDI

Kənd toyuğu, yoxsa broyler toyuğu yeyək? Qida eksperti SİRLƏRİ AÇDI

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzən insanlar arasında görürük ki, bəziləri kənd toyuğunun ətini yeməyə, bəziləri isə broyler toyuğunun ətini yeməyə üstünlük verir.

Bəs bunların hansı sağlam qida hesab olunur?

Redaktor.az-a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova qeyd etdi ki, müsasir dünyada bir çox qidaların tərkibi dəyişdirilir.

Onun sözlərinə görə, istər heyvan mənşəli, istər bitki mənşəli qidalarda dəyişikliklər var:

"Təbii ki, bu, toyuqdan da yan keçməyib. Çünki bir çox hallarda insanlarda “kənd toyuğu, yoxsa broyler toyuğu faydalıdır, yoxsa zərərlidir?” sualları ortaya çıxır. Təbii ki, hər birinin həm mənfi, həm müsbət tərəfləri var. İlk növbədə bilmək lazımdır ki, əgər gözəl ekoloji mühitdə, təbii şəkildə saxlanılan kənd toyuğudursa, normal otlarla, təbii taxıllarla qidalanırsa və daha çox hərəkət edirsə, bu toyuqlar qidalılıq dəyərinə görə daha faydalıdır. Eləcə də bu toyuqdakı zülal dəyəri daha faydalıdır və xüsusilə də bu toyuqlarda bir çox hallarda yağlılıq faizi daha az olur.

Nəzərə alsaq ki, əgər fərqli şəkildə və bir çox toyuqlardan təcrid olunmuş şəkildə saxlanılırsa, bu toyuqlarda istifadə olunan antibiotiklər və digər profilaktik müalicə tədbirləri, istifadə olunan kimyəvi dərmanlar broylerə görə daha az olur. Ancaq nəzərə alaq ki, burada digər bir təhlükəli tərəf də ola bilər: belə toyuqlar bir çox hallarda baytarlıq nəzarətindən keçirilmir və bəzən ekoloji cəhətdən təmiz olmayan yerdə qidalanması, təmiz olmayan sulardan istifadə etməsi insan orqanizminə bir çox bakteriyaların yoluxma riskini artırır. Bəzən olur ki, kimyəvi maddələrin daha çox olduğu yerlərdən toyuq su içirsə, bu, həmin toyuqla qidalanan insanlara da təsir göstərə bilər. Yaxşı olar ki, belə toyuqlar mənşəyi bəlli olan və nəzarətdən keçmiş yerlərdən alınsın".

Mütəxəssis vurğualdı ki, broyler toyuqlarında isə fərqli olaraq baytarlıq və sanitar-gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunur:

"Çünki bir fermada təxminən 20 minə yaxın cücə varsa, bunların hər hansı birinə zərər dəysə, bu, qısa müddətdə bütünlərinə yayıla bilər. Ona görə mütəmadi olaraq sanitar nəzarət aparılır və yemlərinə qatılan xüsusi kimyəvi maddələrlə xəstəliklərin qarşısı alınır. Bu, onların bir çox xəstəliklərdən müdafiə məqsədini daşısa da, qəbul edildikdə insan orqanizminə müəyyən fəsadlar törədə bilər. Broyler toyuqları daha yağlı olur və zülal dəyəri kənd toyuğuna nisbətən azdır. Davamlı olaraq istifadə edildikdə və yaxşı bişirilmədikdə, antibiotiklərə qarşı risklər yarana bilər.

Yaxşı olar ki, istər kənd, istər broyler toyuğu alınacaqsa, bunlar mənşəyi bəlli olan və düzgün saxlanılan yerlərdən alınsın. Zülal mənşəli olduğuna görə toyuq tez xarab olur; düzgün temperaturda saxlanılmasa, tərkibində sürətlə dəyişikliklər baş verir ki, bu da insan orqanizminə risk yaradır. Uzun müddət açıq havada saxlanılmamalıdır. Əgər paketlənmiş broyler toyuğudursa, üzərində etiket məlumatında istehsalçı şirkət haqqında ətraflı məlumat, kəsim tarixi, son istifadə müddəti və saxlanılma şəraiti qeyd olunmalıdır. Paket zədələnmiş olmamalıdır. Xüsusilə də rəngi parlaq olmalıdır. Əgər rəngində dəyişiklik, göyərmə, ləkələr varsa, parlaqlığı itibsə və xoşagəlməz qoxu gəlirsə, bu, onun xarab olduğunu göstərir".

M.Hüseynovan bildirdi ki, həftədə iki-üç dəfə, 150 qram şəklində toyuq qəbul etmək normal hesab olunur:

"Toyuğu bişirərkən yaxşı bişməsinə diqqət olunmalıdır; içində çəhrayı və ya çiy qism qalması, qanlı olması risklidir. Əgər tam bişməsə, insan orqanizminə müxtəlif bakteriya və viruslar keçə bilər. Çiy ətlə təmas zamanı bişmiş məhsullara eyni əllə toxunmamaq lazımdır.

Bu gün əksər gənclərimiz bütün restoran və ictimai iaşə obyektlərində daha çox broyler toyuğu istifadə etdiyinə görə ondan daha çox faydalanırlar. Onun hazırlanmasında istifadə olunan dadlandırıcılar, bəzən sintetik mənşəli monosodium glutamatdır, bu, həm asılılıq yaradır, həm də yeni dad reseptorlarının yaranmasına səbəb olur. Bu reseptorlar yarandıqdan sonra ənənəvi, təbii qidalardan zövq almamaq baş verir ki, bu da xüsusilə yeniyetmə və gənclərin kənd toyuğundan imtina etməsinə gətirib çıxarır. Digər tərəfdən, broyler toyuğu daha yumşaq olduğundan yemək asanlaşır, kənd toyuğunda ətin daha sərt olması isə çeynəməyi tələb edir, bu da bəzən imtina etməyə səbəb olur. Hər bir halda, bütün qidaları, xüsusilə toyuq və toyuq mənşəli məhsulları alarkən keyfiyyətli, mənşəyi bəlli olan yerdən alınmalı, düzgün saxlanmalı və düzgün temperaturda bişirilməlidir".

Aytəkin TOİFQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Dekabr 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see128

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see124

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see124

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri