Icma.az
close
up
RU
Brüs Uillis demans səbəbiylə danışıq qabiliyyətini itirir

Brüs Uillis demans səbəbiylə danışıq qabiliyyətini itirir

Icma.az, Sia Az-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Brüs Uillis demans səbəbiylə danışıq qabiliyyətini itirir.

Onun xəstəliyinə iki il əvvəl diaqnoz qoyulub, bu xəstəlik irəliləməkdə davam edir və aktyorun həyat keyfiyyətini pisləşdirir.

SİA-nın məlumatına görə, Brüs Uillisin qızı Tallulah atasının artıq danışa bilmədiyini açıqlayıb.

Aktyorda 2023-cü ildə frontotemporal demensiya diaqnozu qoyulub və xəstəlik irəliləməkdə davam edir.

Uillisin ailəsini tanımağı dayandırdığı, məkan koordinasiyasının pisləşdiyi və nitqi başa düşməkdə çətinlik çəkdiyi, küçə səfərlərinin nadir və planlı hala gəldiyi daha əvvəl bildirilmişdi.

Aktyor sonuncu dəfə yanvar ayında Los-Anceles yanğınsöndürənləri ilə görüşüb və onlara xidmətlərinə görə təşəkkür edib.

Keçən ilin sonunda isə Uillisin həyat yoldaşı Emma Heminq ona qolf oynadığını və restoranda dincəldiyini göstərmişdi. Brüs Uillisə ailəsi - üç qızı, həyat yoldaşı Emma Heminq və keçmiş həyat yoldaşı Demi Mur dəstək verməyə davam edirlər.

Nazlı Almuradova

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://sia.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri