Icma.az
close
up
RU
Paşinyanı devirmək üçün mənfur plan: Rusiya Qarabağdan könüllü köçən erməniləri əzizləyir

Paşinyanı devirmək üçün mənfur plan: Rusiya Qarabağdan könüllü köçən erməniləri əzizləyir

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı növbəti təxribat xarakterli materiallar yayımlanıb. Verilişdə Ermənistan hökuməti Qarabağdan köçən erməniəsilli şəxslərə yardım etməməkdə ittiham olunub. Guya onlar məcburi şəkildə Qarabağdan çıxarılıblar. Lakin məlumdur ki, həmin şəxslər könüllü şəkildə Azərbaycan ərazisindən çıxıblar.

Daha diqqətçəkən məqam isə odur ki, beynəlxalq hüquqa zidd olaraq, Rusiya dövlət televiziyasında uydurma "Artsax" adından istifadə olunub.

Bəs görəsən, Rusiyanın dövlət televiziyasından Azərbaycanın əleyhinə alət kimi istifadə etməkdə məqsədi nədir?

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, Rusiyada müəyyən dairələr hələ də öz ənənəvi metodlarına sadiq qalırlar:

"Münasibətlərin normallaşmalı olduğu bir vaxtda qəfil Qarabağdan köçən ermənilərdən danışmağa başlayıblar. Bu isə əslində, Rusiyanın xislətini və mahiyyətini ortaya qoyan bir məsələdir. Uzun müddət idi, bu mövzu səngimişdi, lakin Rusiya yenidən bu cür absurd metodlara əl atdı. Azərbaycanlıları həbs edirlər, mediada bizim əleyhimizə verilişlər yayırlar, hətta deputatları belə bizə qarşı yönəldirlər. Çox təəssüf ki, Rusiya yanlış yolla getməyə davam edir".

Deputat əlavə edib ki, Ermənistanda Qarabağdan gələn qaçqınlara edilən yardımların məqsədi isə gələcəkdə onlardan Paşinyana qarşı seçkilərdə istifadə etməkdir:

"Bu gün Ermənistandakı əsas məqsəd hazırkı hakimiyyəti devirmək və onu Qarabağ məsələsinə görə məsul tutmaqdır. Məhz buna görə də Azərbaycana qarşı qeyri-dost yanaşma və bu fonda təxribatlar davam etdirilir. Amma unudurlar ki, sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Rusiya Azərbaycan kimi dövləti itirməməlidir.

Azərbaycan Rusiyanın müttəfiqidir və müttəfiqə qarşı bu cür münasibət sərgiləmək yolverilməzdir. Təəssüf ki, mövcud münasibət məhz bu cürdür və qeyd etdiyimiz kimi, bu yanaşma daha çox elə Rusiyanın özü üçün zərərlidir. Belə vəziyyətlərdə əziyyət çəkən biz yox, elə Rusiya dövləti olacaq".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Avqust 2025 21:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri