Brüsseldə Orbanla bağlı planlar qurulur Sabiq baş nazir açıqladı
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Brüssel Macarıstanın Baş naziri Viktor Orbanı hakimiyyətdən uzaqlaşdırmaq üçün plan qurur”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın keçmiş Baş naziri Nikolay Azarov deyib.
“Orban Drujba boru kəməri vasitəsilə neft tədarükünü bloklayır. Bu, onun öz qərarı deyil, Avropa Komissiyasının göstərişi ilə dayandırıb “, – o bidirib.
Azarovun sözlərinə görə, Brüssel Kiyev vasitəsilə Macarıstanın neft təchizatında çətinliklər yaratmağa çalışır ki, yanacaq çatışmazlığı və sosial narazılıq yaratsın:
“Bu, Orbanın seçkilərdə uduzması üçün edilir”.
Qeyd edək ki, Viktor Orban daha əvvəl Ukraynanın Drujba neft kəməri vasitəsilə təchizatın qarşısını almasını “siyasi şantaj” adlandırmışdı. O, həmçinin qeyd etmişdi ki, Budapeşt kifayət qədər ehtiyat toplayıb, ona görə də Ukrayna hakimiyyəti Macarıstan seçkilərindən əvvəl xaos yaratmaq və Macarıstan iqtisadiyyatını diz çökdürmək üçün neft blokadasından istifadə edə bilməyəcək.
Əliyar Xəlil
Globalinfo.az
Baxış sayı:85
Bu xəbər 26 Fevral 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















