BSU da daxili təqaüd proqramlarının qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 15 sentyabr, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev tərəfindən tələbələrin uğurlarını stimullaşdırmaq və onların akademik inkişafına dəstək göstərmək məqsədilə təsis edilən daxili təqaüd proqramlarının qaliblərinin adları açıqlanıb və onlar üçün daha bir imkan yaradılıb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, “Yeni dövrün gəncliyi” daxili təqaüd proqramı, “Regionlardan qəbul olunan qızlar üçün təqaüd proqramı” və “Oğlan tələbələr üçün təqaüd proqramı”nın qalibləri 200 AZN məbləğində təqaüd qazanıblar. Bununla yanaşı, yüksək akademik göstəricilərinə sahib olduqları halda, 2025–2026-cı tədris ilində BSU-nun xarici ölkə universitetləri ilə əməkdaşlığı çərçivəsində təşkil olunacaq beynəlxalq mübadilə proqramlarında birbaşa iştirak hüququ əldə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 15 Sentyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















