Icma.az
close
up
RU
BSU nun XVI beynəlxalq elmi konfransının bölmə iclası Gəncədə təşkil edilib

BSU nun XVI beynəlxalq elmi konfransının bölmə iclası Gəncədə təşkil edilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 31 may, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” adlı XVI beynəlxalq elmi konfransı Gəncədə keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, konfrans iştirakçıları əvvəlcə Gəncə şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra onlar Heydər Əliyev Mərkəzinin foyesində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilmiş sərgi ilə tanış olublar.

Plenar iclasdan Ulu Öndərin həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Çıxış edən BSU-nun rektoru Anar Nağıyev “Azərbaycanşünaslığın aktual məsələləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransın regional bölmələrinin artıq ənənə halını aldığını qeyd edib. Bildirib ki, əvvəlki illərdə konfransın regional bölmələri Lənkəran Dövlət Universiteti (LDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı ilə birgə olaraq Lənkəran və Quba şəhərlərində təşkil edilib.

A.Nağıyev mayın 7 və 8-də BSU-da keçirilən beynəlxalq elmi konfransın məqsədinin müasir dövrün Azərbaycanı ilə bağlı qlobal və milli çağırışların elmi müstəvidə müzakirəsi olduğunu vurğulayıb. Qeyd edib ki, builki konfransa Azərbaycan, Türkiyə, Rusiya, Şimali Makedoniya və İndoneziyadan ümumilikdə 255 müraciət daxil olub, onlardan 167-si məruzə üçün qəbul edilib. İki gün ərzində 4 dildə keçirilən bölmə iclaslarında 142 məruzə dinlənilib. Bu bölmələrdə “Heydər Əliyev və Güclü Azərbaycan”, “Qərbi Azərbaycan: milli irs və qayıdış hüququ”, “Yeni dövrün çağırışları: milli ideya və gələcəyə baxış”, “Konstitusiya və suverenlik”, “Müharibə və postmüharibə dövrü ədəbiyyatda və incəsənətdə”, “Yeni geosiyasi mərkəz – Türk dünyası” kimi mühüm istiqamətlər üzrə aktual mövzular müzakirə olunub.

Plenar iclasda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev bu cür beynəlxalq səviyyəli elmi konfransların bölgələrdə təşkilinin əhəmiyyətini vurğulayaraq, konfransın Gəncədə keçirilməsini şəhərin elmi və ictimai həyatında mühüm hadisə kimi dəyərləndirib.

GDU-nun rektoru Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatı Vüqar Rəhimzadə və ATU-nun prorektoru Şahmar Həsənov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi, müstəqil Azərbaycanın inkişaf yolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər və zəfər tariximiz barədə fikirlər səsləndiriblər.

Plenar iclasdan sonra konfransın bölmə iclası öz işinə başlayıb. BSU-nun Azərbaycan tarixi və multikulturalizm kafedrasının müdiri Əsgər Əhmədin moderatorluğu ilə baş tutan iclasda BSU, GDU və ADAU nümayəndələri tərəfindən məruzələr təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri