BSUnun tələbəsi dəm qazından ÖLDÜ
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, Şərqi Avropa Dilləri fakültəsinin Regionşünaslıq (Ukrayna) ixtisası üzrə 2-ci kurs tələbəsi Yaralıyeva Lalə dəm qazından zəhərlənərək ölüb.

