Icma.az
close
up
RU
“BTA” xəbər agentliyi: Etnik bolqar Mariya Hüseynova Azərbaycan Bolqarıstan münasibətlərindən danışıb

“BTA” xəbər agentliyi: Etnik bolqar Mariya Hüseynova Azərbaycan Bolqarıstan münasibətlərindən danışıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sofiya, 11 may, AZƏRTAC

Bolqarıstanın Milli Xəbər Agentliyi - BTA xəbər verir ki, Bakıda Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş rəsmi tədbirdə çıxış edən “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin rəhbəri, “Akkord” jurnalının baş redaktoru Mariya Hüseynova-Atanasova Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin önəmini xüsusi vurğulayıb.

M.Hüseynova çıxışında deyib: “Heydər Əliyev Azərbaycan ilə Bolqarıstan arasında dostluq münasibətlərinin qurulmasında və dərinləşməsində həlledici rol oynayıb. Azərbaycandakı bolqar icması daim dəstəklənib və bu, ölkə rəhbərliyinin uzaqgörən siyasətinin göstəricisidir”.

O, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin və bolqar dilində nəşr olunan “Akkord” jurnalının fəaliyyətinə göstərilən dəstəyə görə Azərbaycan hakimiyyətinə təşəkkürünü bildirib.

2024-cü ildə aldığı “Heydər Əliyevin 100 illiyi” yubiley medalı haqqında danışan Mariya Hüseynova bildirib ki, bu təltif təkcə şəxsi fəaliyyətinin deyil, eyni zamanda cəmiyyətin bütün üzvlərinin və bir çox qurumlarla əməkdaşlığın da qiymətləndirilməsidir. O deyib: “Biz fəaliyyətimizi Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin ideyalarına uyğun olaraq davam etdirəcəyik”.

Məlumatda qeyd edilir ki, Mariya Hüseynova-Atanasova Azərbaycanın Gəncə şəhərində anadan olub və bolqar dilini nənəsindən öyrənib. O, Kiyev Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. Daha sonra Ədliyyə Nazirliyindən rəsmi icazə alaraq “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyini təsis edib və 2005-ci ildən “Akkord” beynəlxalq jurnalını nəşr etdirməyə başlayıb.

Bu jurnal ildə bir və ya iki dəfə nəşr olunur və Azərbaycanda və Bolqarıstanda fəaliyyət göstərən nazirliklərə, səfirliklərə və şirkətlərə paylanılır. Jurnalın məqalələri cəmiyyət üzvləri tərəfindən kollektiv şəkildə hazırlanır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 May 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see257

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see225

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see186

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see174

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see156

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see154

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see143

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see142

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see142

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see138

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri