BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 1 % azalıb
Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin yanvar-iyul aylarında Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 14 milyon 773,2 min ton neft nəql edilib.
Newscenter.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin ilk 7 ayının göstəricisinə nisbətən 8,5 % azdır.
Ötən dövr ərzində nəqletmənin 76,8 %-i BTC kəməri ilə həyata keçirilib.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 %-ni və ya 12 milyon 154,7 min tonunu Azərbaycanda hasil edilən neft, 17,7 %-ini və ya 2 milyon 618,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.
Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 10 %, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 1,03 % azalıb.
Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.
AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.
Arzu
Bu mövzuda digər xəbərlər:BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb
20 May 2026 11:37
BTC ilə tranzit neftinin nəqli azalıb
18 Fevral 2025 14:58
BTC ilə tranzit neftinin nəqli 21% azalıb
14 Oktyabr 2025 16:05
Qazaxıstanlı nazir: BTC kəməri qazax neftinin alternativ tranzit marşrutudur
02 Oktyabr 2025 14:59
BTC ilə tranzit neftinin nəqli 24% dən çox azalıb
14 Noyabr 2025 15:41
Baxış sayı:140
Bu xəbər 17 Avqust 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















