Icma.az
close
up
RU
BTQ: Beynəlxalq təşkilatlar Belçikanın kolonial siyasətinə zəruri reaksiya göstərmir

BTQ: Beynəlxalq təşkilatlar Belçikanın kolonial siyasətinə zəruri reaksiya göstərmir

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Bakı Təşəbbüs Qrupu son bir ildə fəaliyyət istiqamətlərini genişləndirib.

APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Bakıda keçirilən “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Belə ki, dekolonizasiya prosesinin mühüm hissəsi olan reparasiya mövzuları çərçivəsində biz artıq beynəlxalq layihələr həyata keçirməyə başlamışıq və beynəlxalq konferanslar təşkil edirik.

Belçika müstəmləkəçiliyinə gəldikdə isə vurğulamaq istərdim ki, Belçikanın 18-19-cu, 20-ci əsrlərdə törətdiyi kolonial siyasəti tətbiq edən zaman insanlığa qarşı törətdiyi qəddar cinayətlərlə bağlı dünya ictimaiyyəti kifayət qədər məlumatlıdır.

Lakin beynəlxalq ictimaiyyət, aidiyyəti beynəlxalq təşkilatlar zəruri reaksiyanı göstərmirlər. Reparasiya və kompensasiya məsələləri ilə bağlı hər hansı bir diqqətəlayiq mövzunu müzakirə etmirlər.

Biz beynəlxalq qeyri-hökumət təşkilatı olaraq bu mövzunu da beynəlxalq təşkilatların gündəliyinə daşımağa çalışırıq və əminəm ki, bir neçə ildən sonra reparasiya və kompensasiyalar istiqamətində aidiyyəti beynəlxalq təşkilatların da reaksiyalar artacaq. Dünya ictimaiyyəti ədalətli mövqe sərgiləyərək sözü gedən ölkələrə - Konqo Demokratik Respublikası, Burundi və Ruanda ilə bağlı ədalətli mövqe nümayiş etdirəcək və bu istiqamətdə müsbət nəticələr əldə ediləcək. Biz təbii olaraq, Ruanda və Konqo Demokratik Respublikasının nümayəndələri, həmçinin orada qeyri-hökumət təşkilatının nümayəndələri ilə sıx əməkdaşlıq qurmuşuq. Bakı Təşəbbüs Qrupu olaraq biz onlara reparasiya və kompensasiya məsələlərində beynəlxalq hüquq çərçivəsində dəstək göstərməyə çalışacağıq”, - Abbas Abbasov qeyd edib.

O əlavə edib ki, BTQ gələcəkdə də müstəmləkə olmuş ölkələrin təşkilata müraciətləri olacağı təqdirdə, araşdırmalara başlayacaq və bu ölkələrə kömək göstərməyə çalışacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://apa.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see494

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see222

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see207

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see203

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see196

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see193

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see186

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see182

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see179

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see168

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see150

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see148

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri