Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Əməkdar artist Baloğlan Əşrəfovun oğlu: Atam özü üçün yaşamadı

Əməkdar artist Baloğlan Əşrəfovun oğlu: Atam özü üçün yaşamadı

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Tanınmış müğənni, Əməkdar artist mərhum Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfovla söhbət

- Bildiyim qədərilə siz də musiqiçisiniz.

- Bəli, qardaşım da, mən də sintezator ifaçısıyıq.

- Bu sahəni seçməyinizdə çox güman atanızın da rolu olub.

- Həyat belə gətirdi. Sağım-solum musiqiçidir. Evdə bütün gün söhbət musiqidən getdiyi üçün zamanla sevgi yarandı. Düzü, əvvəllər başqa sahədə işləyirdim. Həm də atamla toylara gedib, ona kömək edirdim. Musiqi təhsilim olduğu üçün düşündüm ki, onsuz da gedirəm, beləcə başladım mən də toylarda ifa etməyə.

- Ailədə dörd uşaqsınız. Aranızda səsi olan var?

- Səs var, ancaq oxumağa meyl olmayıb. Bizdə yaxşı səs olsa, bəlkə də oxuyardıq. Ancaq bacılarımın oxuması mümkün olan iş deyildi.

- Niyə?

- Bizdə adət-ənənə belədir.

- Deyəsən, Baloğlan müəllim sizə sevimli müğənnisinin adını verib.

- Hə, Peyman İranda əyalət müğənnisi olub. Atam onu çox sevirdi, hətta bir neçə mahnısını da oxuyub, mənə də onun adını qoyub.

- Bəs Baloğlan müəllimin adını kim qoyub?

- Atamın Baloğlan adında əmisi olub. Deyirlər, yaxşı səsi varmış. İmişlidə toyda olarkən rəhmətə gedib. O vaxt nəqliyyat olmayıb deyə Masallıya gətirə bilməyiblər. Elə İmişlidə də dəfn ediblər. At arabasının vaxtından danışıram sizə. Onun adını da atama veriblər.

- Bilirəm, bu haqda danışmaq sizin üçün çətindir. Atanızın vəfatını necə xatırlayırsınız?

- Biz bir evdə yaşayırdıq. Atam həmin vaxt yataq xəstəsi deyildi. Artıq koronavirusa yoluxmasından 17-18 gün keçirdi. Əməlli-başlı evdə durub gəzirdi. Qəfildən halı pisləşdi, saturasiya aşağı düşdü. Həkimlər müdaxilə etsələr də, həyatda saxlaya bilmədilər. Qaraciyər transplantasiyasından dolayı koronavirus müalicəsi xüsusi nəzarət altında olmalı idi. Yəqin bunun da təsiri olub. Özü də tez sağalmaq istəyirdi deyə, həkimlərə deyirdi ki, mənə gücləndirici iynələr vurun tez sağalım.

- Baloğlan Əşrəfovun qaraciyər transplantasiyası dövrü... Fanat sevgisinin miqyasını həmin vaxt xalq olaraq görmüş olduq.

- Deməli, təcili qaraciyər transplantasiyası olmalı idi. Biz o vaxt televiziyaların biri vasitəsilə müraciət etdik. Donor olmaq üçün çox adam gəlmişdi. Təkcə elə 20-30 nəfəri Türkiyəyə mən göndərmişdim. Özü gedənlər də vardı. Ancaq Masallıdan olan həmin oğlan israrla deyirdi ki, mütləq mənim ciyərim olmalıdır, bunu yuxuda görmüşəm. Onun da pasportunun vaxtının bitməsinə iki gün qalmışdı. Elə oldu ki, məhz onun ciyəri uyğun gəldi. Kim kimə canından pay verər? Özü də yad bir adam. Ancaq atama təmənnasız olaraq bunu ediblər. Əməliyyatdan sonra o qədər qurban kəsmişdilər ki, deyirlər, Masallıda kəndin qəssabları günlərlə heyvan kəsməyib. Atam sağalandan sonra hara getsə, ayağının altında qurbanlar kəsirdilər.

- Baloğlan müəllimin mahnı sözləri həmişə xüsusi olaraq diqqətimi çəkir. Yəqin ki, sözə bu qədər həssaslığı həm də peşəsindən irəli gəlirdi.

- Atam ədəbiyyat müəllimi olub. İndiki Bakı Dövlət Universitetini bitirib. Oxuduğu mahnıların sözlərinə xüsusi diqqətlə yanaşırdı. Onun tələbəlik illəri ilə bağlı bir məqamı vurğulayım. Deməli, o vaxt daha çox Masallıda, Lənkəranda daimi olaraq toylara gedirmiş. Özünə bir sürücü tutub. Toy bitən kimi Bakıya dərsə gəlirmiş. Dərs qurtarandan sonra qayıdırmış. Bakıdakı evimizdə isə qəzəlxan Hacı Ələmdar Mahir bizim qonşumuz idi. Atam bir ara evi satıb başqa yerə köçmək istəyirdi. Məhz onunla qonşu olduğuna görə bu fikrindən daşınıb. Daim Hacı ilə ədəbiyyata, şeirə dair söhbətlər edirdi. Atamın oxuduğu "Nədi bu əda" mahnısının sözləri də Hacı Ələmdara məxsusdur.

- Bilmirsiniz, Baloğlan müəllimin səsini kim kəşf edib?

- Atam evin tək uşağı olduğuna görə qarmon alıblar ki, başını qatsın. Sonra tar sinfinə qoyublar. Beləcə səsinin olduğu da üzə çıxıb.

- Deyəsən, həm də evin tək uşağı olduğuna görə 20 yaşında evləndiriblər.

- Hə. Atamla anam qohumdur. Ancaq bildiyim qədərilə sevib evlənib. Atam dayısı ilə bacanaqdır.

- Bəs Masallıdan Bakıya köçmək qərarını necə verib?

- O vaxtlar Masallıya Bakıdan tez-tez müğənnilər gedirmiş. Həmin dövrdə də atam rayonun özfəaliyyət qrupunda çıxış edirmiş. Onun oxumağını görüb bəyəndikləri üçün Bakıya dəvət ediblər. Beləcə gəlib.

- Bəs bilmirsiniz, atanızı Bakıya kim dəvət etmişdi?

- Əhsən Dadaşov ansambla dəvət edib.

- Deyirlər, İslam Rzayev onu ansamblına buraxmayıb.

- Tamamilə cəfəngiyyatdır. İslam Rzayev əvvəldən atamı dəstəkləyib. Onu deyənlər birini bilirlər, birini bilmirlər.

- Məsələn, nəyi bilmirlər?

- O dövrdə efirlərə bəstəkar mahnıları ilə çıxmaq lazım idi. Mənim atam da əvvəlcə bəstəkar mahnıları ilə efirlərə çıxıb. O, Cahangir Cahangirovun, Səid Rüstəmovun mahnılarını dövlət televiziyasında oxuyub. 1973-cü ildən bəri arxiv görüntüləri var. Sonradan isə öz mahnıları ilə senzuraya müraciət edəndə qəbul etməyiblər. Problem ifaçıda yox, janrda olub. Deyirlər, atamı efirə buraxmayıblar. Halbuki belə bir şey yoxdur, sadəcə mahnını buraxmayıblar. İslam Rzayevin ansamblında isə atam bəstəkar mahnıları oxuyub. Məsələn, "İtən eşqim" mahnısının musiqisi atamındır, sözləri Ələmdar Quluzadənin. Atam o vaxt həmin mahnını oxumaq istəyəndə soruşublar ki, bəstəkarı kimdir. Deyib özüm. Cavab veriblər ki, sənin bəstəkarlıq diplomun yoxdur, qaytarıblar geriyə. Vəziyyəti belə görən İslam Rzayev də deyib ki, birinci mən oxuyum, mən senzuradan keçirə bilərəm. İlk dəfə efirdə o oxuyub, sonra atam. Hətta o vaxt Niyazi atamı solist kimi filarmoniyaya dəvət edib, sadəcə həmin vaxt rayonlara toya getdiyi üçün burada aylıq maaşa işləmək sərf etməyib. Ancaq ayda ən azı bir dəfə konsert verirmiş. Hətta bir dəfə konsertə bilet tapmayanda sevənləri filarmoniyanın şüşələrini sındırıblar, polis tutub aparıb.

Atam maestro Niyaziyə deyib ki, bəs mənim fanatlarımı tutublar. Niyazi də zəng edib polisə deyib ki, sındırıblar, mənim şüşəmi sındırıblar, problem deyil.

- Son vaxtlar gənc müğənnilər arasında Baloğlan müəllimin repertuarına müraciət edənlərin sayı artıb. Bəzən sənətçilərin varisləri bu durumu xoş qarşılamır, uğursuz təqdimatdan ehtiyat edirlər. Sizin bu məsələyə yanaşmanız necədir?

- Onların içərisində yaxşı oxuyan da var, pis oxuyan da. Bir-iki nəfər deyillər ki, mübarizə aparasan. Heç kim bu dünyanı tutub durmayacaq. Tutaq ki, mən bu gün nəzarət elədim, bəs 100 ildən sonra kim baxacaq? Ancaq bir məqama xüsusi olaraq diqqət edirəm, müəllifin adı qeyd olunsun, yoxsa mahnını yutubdan sildirirəm. Necə oxuyur-oxusun, əsas odur ki, müəllifin adını yazsın. Atam həmişə deyirdi ki, kim mənim mahnımı məndən yaxşı oxuya bilirsə, oxusun.

- Bu məsələ ilə bağlı kiminləsə konfliktiniz olubmu?

- Bəzən olur. Tanınmış insanlar əsasən belə səhvlərə yol vermirlər. Azərbaycanda yaradıcı müğənni az olub. Həm sözü, həm musiqini özü yazsın, həm də ifa etsin. Bu səbəbdən də gənc nəsillər arasında onların mahnıları daim yaşayır.

- Baloğlan müəllimin xarakterindəki maraqlı detallardan nələri xatırlayırsınız?

- Atam kin saxlayan adam deyildi. Əsəbləşməyi ilə sakitləşməyi 3-4 dəqiqə çəkirdi (Düşünür). Atam həm də futbol azarkeşi olub. "Neftçi" oynadığı gün rayondakı musiqiçilərə deyirmiş ki, Bakıda toyum var. Bir dəfə onu stadionda görüblər. Bundan sonra "Neftçi" oynayan gün "palatka"ya televizor qoyurmuşlar ki, atam futbola baxsın.

- Deyirlər ki, atanızdan sizə çoxlu var-dövlət qalıb.

- Desinlər də. Nolar ki?

- Düz deyirlər?

- Atam 30 gün toylara gedib. Onun bir mahnısı var, Zəlimxan Yaqubum sözlərinə: "Özüm üçün yaşamadım". Özü üçün yaşasaydı, çox şey qalardı. Ancaq həyatı elə gətirdi ki, yaxınları, ətrafı, dostları üçün yaşadı. Üstəlik, atam qazandığının böyük hissəsini mahnılarına, aranjımanlarına qoyub. Bir də geyimə çox pul xərcləyirdi. Bir pencəyə 2000-2500 manat verirdi. Heç bir obyektdən-filan söhbət gedə bilməz. Atamdan qalan təmiz ad bizim üçün ən qiymətli var-dövlətdir.

Aytac SAHƏD

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:349
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri