Icma.az
close
up
RU
Menu

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

BTQnin icraçı direktoru Abbas Abbasov BMTdə beynəlxalq tədbirdə iştirak edəcək

BTQnin icraçı direktoru Abbas Abbasov BMTdə beynəlxalq tədbirdə iştirak edəcək

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 2-dən 6-dək Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahında Afrika əsilli xalqların hüquqları üzrə ekspertlər işçi qrupunun 35-ci sessiyası keçiriləcək.

“Report” xəbər verir ki, tədbir, Afrika əsilli xalqların hüquqlarının müdafiəsi və tarixi ədalətsizliklərin nəticələrinin aradan qaldırılması sahəsində ən əhəmiyyətli beynəlxalq platformalardan biri kimi tanınır.

Sessiya çərçivəsində Bonayre İnsan Hüquqları Təşkilatı (BİHT), Baham adalarının BMT-dəki Daimi Nümayəndəliyi və BMT-nin Afrika Əsilli Xalqların Hüquqları üzrə Ekspertlər İşçi Qrupu tərəfindən “Ədalətin bərpası və müstəmləkəçiliyin aradan qaldırılması: Müstəmləkəyə məruz qalmış ərazilərdə Afrika əsilli xalqların hüquqlarının müdafiəsi” mövzusunda yan tədbir keçiriləcək.

Bu mötəbər beynəlxalq tədbirlərdə Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov iştirak edəcək. BTQ, müstəmləkəçilik və onun nəticələrinin aradan qaldırılması sahəsində apardığı layihələri təqdim edərək, müstəmləkə altındakı xalqların hüquqlarının bərpasına yönəlmiş təşəbbüsləri müzakirə edəcək.

Sessiya və yan tədbir Afrika əsilli xalqların tarixən üzləşdiyi ədalətsizliklərə, sosial-iqtisadi bərabərsizliklərə və insan hüquqları sahəsindəki çağırışlara diqqət yetirəcək. Tədbirin əsas məqsədi bu xalqların hüquqlarının bərpasına nail olmaq, beynəlxalq hüquq çərçivəsində maneələri aradan qaldırmaq və uzunmüddətli həll yolları üçün tövsiyələr irəli sürməkdir.

BTQ, sessiyada iştirak etməklə yanaşı, öz fəaliyyətləri, əldə etdiyi nailiyyətlər və qarşıdakı prioritetlərini təqdim edəcək. Təşkilat, müstəmləkəçilikdən əziyyət çəkən xalqların hüquqlarının beynəlxalq səviyyədə tanınmasına, tarixi ədalətsizliklərin aradan qaldırılmasına və bu xalqların azadlıq mübarizəsinə dəstək vermək məqsədilə fəaliyyətini davam etdirir.

Bakı Təşəbbüs Qrupu Bonayre xalqının müstəmləkəçilikdən azad olma uğrundakı mübarizəsinə mühüm töhfələr vermişdir. Təşkilat, mədəni irsin qorunması, insan hüquqlarının müdafiəsi və beynəlxalq hüquq çərçivəsində konkret həllərin işlənib hazırlanması istiqamətində əməkdaşlıq edir.

Bu fəaliyyətlərin zirvə nöqtəsi olaraq, 2024-cü il avqustun 22-də Bakıda BTQ-nin təşkilatçılığı ilə “Bonayre Adasının Bakıdan Keçən BMT Baş Assambleyasındakı Öz Müqəddəratını Təyinetmə Yolu” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə Bonayre xalqının azadlıq mübarizəsini təmsil edən nümayəndələrlə yanaşı, Beliz, Sent-Vinsent və Qrenadin, Surinam, Sent Lüsiya, Böyük Britaniya, Meksika və Niderlanddan olan yüksək səviyyəli hökumət rəsmiləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər və alimlər iştirak etmişlər.

Konfransda Bonayre xalqının müstəqilliyinə nail olmaq üçün beynəlxalq hüquqi mexanizmlər və bu istiqamətdə BMT-nin Dekolonizasiya Edilməli Ərazilər Siyahısına yenidən daxil edilmək məqsədilə görülən işlər müzakirə olunub.

Bakı Təşəbbüs Qrupunun belə təşəbbüslərdə iştirakı, Azərbaycanın beynəlxalq səviyyədə dekolonizasiya proseslərindəki liderlik rolunu nümayiş etdirir. Bu, həm də ölkəmizin müstəmləkəçilikdən zərər çəkmiş xalqların hüquqlarının bərpasına verdiyi töhfələrin göstəricisidir.

Beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən Bakı Təşəbbüs Qrupunun bu sahədəki fəaliyyəti, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq və hüquq mübarizəsinə dəstək məqsədilə aparılan qlobal səylərin mərkəzində yer alır.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://report.az
archiveBu xəbər 01 Dekabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see268

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see268

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see250

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see247

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see241

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see232

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see229

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see223

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see223

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see222

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see217

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see215

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see212

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see211

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see209

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see197

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see193

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see190

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see187

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri