Icma.az
close
up
RU
BTQnin icraçı direktoru: Müstəmləkəçilik əsarəti altındakı regionlar Azərbaycana ümid qapısı kimi baxırlar

BTQnin icraçı direktoru: Müstəmləkəçilik əsarəti altındakı regionlar Azərbaycana ümid qapısı kimi baxırlar

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müstəmləkəçilik əsarəti altında olan regionlar Azərbaycana ümid qapısı kimi baxırlar.

Bunu BMT-nin Nyu-Yorkdakı qərargah binasında Afrika əsilli şəxslərin hüquqları üzrə ekspertlərin işçi qrupunun 35-ci sessiyasında iştirak edən Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov “Report”un ABŞ bürosuna açıqlamasında söyləyib.

A.Abbasov BTQ-nin ötən illər ərzində əldə etdiyi uğurlardan və müstəmləkəçilik siyasəti əsarəti altında qalan regionların azadlığı üçün həyata keçirdiyi layihələrdən danışıb: “BTQ 2023-cü ilin iyul ayında müstəmləkəçilik siyasəti əsarəti altında qalan regionların milli müstəqillik hərəkatlarının qərarı ilə yaradılmış beynəlxalq qeyri-hökumət təşkilatıdır. Təşkilatımız yarandığı gündən 20-dən çox beynəlxalq tədbir keçirib və hesabatlar dərc edərək aidiyyəti beynəlxalq təşkilatlara təqdim edib. Sonuncu dəfə BMT-nin İnsan Hüquqları Komitəsinə Yeni Kaledoniya və Fransız Polineziyasında baş verən hadisələrlə bağlı Fransanın müstəmləkəçilik siyasətinə dair hesabat hazırlayıb təqdim etdik. Bu hesabatdan sonra mən BMT-nin Cenevrədəki qərargahında çıxış etdim. Bunun nəticəsində BMT-nin İnsan Hüquqları Komitəsi son 10 ildə ilk dəfə olaraq Fransa hökumətindən hesabat tələb etdi. Fransa Yeni Kaledoniyada baş verən eskalasiya və Fransız Polineziyasında mövcud vəziyyətlə bağlı hesabat hazırlamaq, həmçinin Yeni Kaledoniya və Martinikdə əlavə ordunun istifadəsi ilə əlaqədar insan hüquqlarına dair hesabat təqdim etmək öhdəliyi götürdü. Bu, Bakı Təşəbbüs Qrupunun növbəti uğurlarından biri idi”.

O, beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinin artıq Fransadan hesabat tələb etməyə başladığını vurğulayıb.

“Bu gün isə biz BMT-nin qərargahında Afrika əsilli xalqların hüquqlarını müdafiə edən ekspertlərin işçi qrupunun 35-ci sessiyasında qonaq qismində iştirak edirik. Bu təşkilat BTQ-nu sessiyada iştirak etməyə dəvət edib. Mən burada bəyanatla çıxış edərək, müstəmləkəçilik siyasəti əsarəti altında olan regionlara BTQ-nin açıq dəstəyini ifadə etdim və Afrika əsilli xalqlarla əməkdaşlıq haqqında məlumat verdim”, – o qeyd edib.

Abbasov BTQ-nin fəaliyyəti çərçivəsində qarşılaşdığı maneələrdən də danışıb: “Təbii ki, zaman-zaman təşkilatımıza müəyyən dərəcədə təzyiqlər olur. Dəfələrlə iştirakçılarımıza müxtəlif təzyiqlərin edildiyini müşahidə etmişik. Lakin bu, heç bir halda təşkilatımızın fəaliyyətinə təsir göstərməyəcək. Biz keçən il olduğu kimi bu il və növbəti illərdə də beynəlxalq tədbirlərimizi keçirməyə davam edəcəyik. Beynəlxalq səviyyədə sözümüzü deməklə müstəmləkəçilik siyasəti əsarəti altında olan ölkələrdəki vəziyyəti daha geniş auditoriyaya çatdırırıq. Bununla yanaşı, təşkilatımız mövcud problemlər çərçivəsində hesabatlar hazırlayır və araşdırmalar aparır. Bu da mövcud vəziyyətlərə dair konkret faktların ortaya çıxmasına kömək edir”.

O, BMT-nin BTQ-nin fəaliyyətlərinə göstərdiyi dəstəkdən də bəhs edib: “BTQ-nin keçirdiyi beynəlxalq tədbirlərin 5-i BMT-nin qərargahlarında baş tutub. Biz BMT-nin dekolonizasiya üzrə C-4 və C-24 komissiyaları ilə sıx əməkdaşlığa başlamışıq. Bu əməkdaşlıq nəticəsində Yeni Kaledoniya, Fransız Polineziyası və Martinikin nümayəndələri C-4 və C-24 komitələrinə öz regionlarındakı vəziyyətlə bağlı məlumat veriblər. Həmçinin BMT-nin İnsan Hüquqları Şurası və İnsan Hüquqları Komitəsi ilə də əməkdaşlıq edirik. Bu platformalar BTQ üçün beynəlxalq səviyyədə səsimizi çatdırmaq üçün geniş imkanlar təqdim edir”.

A.Abbasov vurğulayıb ki, müstəmləkəçilik əsarəti altında olan regionlar artıq Azərbaycana ümid qapısı kimi baxırlar: “Ölkəmizə və təşkilatımıza rəğbət Azərbaycanın 4 il ərzində BMT-nin Qoşulmama Hərəkatına sədrliyi dövründə daha da artdı. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın ana prinsiplərinə uyğun fəaliyyət göstərməsi bu rəğbəti artırdı. Qoşulmama Hərəkatı dekolonizasiya üçün yaradılmış beynəlxalq təşkilatdır və Azərbaycan həmin prinsiplərə uyğun olaraq müstəmləkəçilik əsarəti altında olan regionlarla sıx əməkdaşlıq etdi. Bu əməkdaşlığın nəticəsində Bakı Təşəbbüs Qrupu yaradıldı. Bu ölkələrin Azərbaycana rəğbəti böyükdür və hər keçən gün artır”.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:114
embedMənbə:https://report.az
archiveBu xəbər 03 Dekabr 2024 02:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri