Bu 2 şoraba beynin funksiyasını pozur
Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Turşu xiyar və pomidor beyin funksiyasını pozan qidalar siyahısında yer alıb.
Medicina.az xəbər verir ki, endokrinoloq Elena Evdokimova phəddindən artıq duzun beyin qan dövranını pozduğu barədə xəbərdarlıq edib.
"Əvvəlcə turşu pomidor, xiyar, hisə verilmiş ət və kolbasa istehlakını məhdudlaşdırmaq tövsiyə olunur. Duz bədəndə mayeni saxlayır və damar divarlarının şişməsinə səbəb olur".
Elena Evdokimova qeyd edib ki, turşuya aludəçilik yüksək təzyiqə və beyin qan dövranının pozulmasına əvvəl-axır gətirib çıxarır.
Həkim həmçinin qeyd edib ki, yüksək dozada şəkər və şəkər əvəzediciləri beyin funksiyasına zərərlidir. Bu qidaların müntəzəm istehlakı yeni məlumatların mənimsənilməsinə və diqqəti cəmləmək qabiliyyətinə mənfi təsir göstərir.
"Qənnadı məmulatları, un məhsulları və şəkərli qazlı içkilər də daxil olmaqla sürətli karbohidratlar beyinə zərər verə bilər.
Onlar orqanizm tərəfindən asanlıqla həzm olunur və qan şəkərinin və insulin səviyyəsinin kəskin şəkildə artmasına səbəb olur".
Piylənmə ilə yanaşı, un və şirin qidalarla zəngin daimi pəhriz aterosklerotik lövhələrin inkişafına səbəb olur və bu da beynin qida təminatını pozur. Həkim həmçinin alkoqolun beyin sağlamlığına dağıdıcı təsirini, eləcə də fast food, bir çox bişmiş məhsullar və şirniyyatlar, marqarin və kartof fri kimi trans yağları olan qidaları da nəzərə almağı məsləhət görüb. Ekspertin sözlərinə görə, bütün bunlar beyin hüceyrələrinin normal fəaliyyətini pozur.
Aygün Musayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 03 Mart 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















