Bu 3 məşhur avtomobil nəhəngi Çinə qarşı birləşir
Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çin markalarına qarşı birgə fəaliyyət göstərmək üçün bir araya gələn Yaponiyanın dünyaca məşhur avtomobil nəhəngləri “Nissan”, “Honda” və “Mitsubishi” güclərini birləşdirir.
Publika.az xəbər verir ki, qlobal avtomobil sənayesi iqtisadi böhranlara baxmayaraq ayaqda qalmağa çalışır. Bu dövrdə bir çox şirkət fabriklərini bağlamaq qərarına gəlib.
Qeyd olunur ki, ən az zərərlə ayaqda qalmağa çalışan Yaponiyanın dünyaca məşhur avtomobil nəhəngləri “Nissan”, “Honda” və “Mitsubishi” birləşəcək.
Üç böyük şirkət 2025-ci ilin iyun ayına qədər davam edəcək danışıqlarda razılığa gəlsələr birləşməyə qərar verəcəklər. Razılıq əldə olunarsa, çətir şirkəti yaradılacaq. “Nissan”, “Honda” və “Mitsubishi” qurulacaq çətir şirkətində bərabər pay sahibi olacaqlar.
Digər tərəfdən, birləşmədən sonra qurulacaq şirkətin dünyanın üçüncü ən böyük avtomobil istehsalçısı olacağı gözlənilir. Şirkətin birləşmə motivasiyalarından biri Yaponiyanın avtomobil nəhəngi “Toyota” ilə rəqabət aparmaqdır.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 30 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















