Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Bu, absurd “Sülh kəsişməsi” kimi avantüranı arxivə göndərir ŞƏRH

Bu, absurd “Sülh kəsişməsi” kimi avantüranı arxivə göndərir ŞƏRH

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycan-Türkiyə münasibətləri hər keçən gün daha da möhkəmlənir və yeni layihələrin birgə icrası ilə zənginləşir. Martın 5-də iki dost və qardaş xalqın liderləri - Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin açılışı tarixə qızıl hərflərlə yazılacaq. Bu hadisə uzun illər blokada şəraitində yaşayan və ağır məhrumiyyətlərlə üzləşən Naxçıvan Muxtar Respublikasının enerji probleminin birdəfəlik həll edildiyi deməkdir”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, dünyada cərəyan edən proseslər, beynəlxalq enerji və nəqliyyat xəritəsinin dəyişməsi, bir sıra regionlarda davam edən münaqişələr enerji təchizatı sahəsində ciddi problemlər doğurur: “Bir çox hallarda qlobal güclər məhz enerji faktorundan siyasi təzyiq aləti kimi istifadə edərək öz ambisiyalarını həyata keçirməyə çalışır. Nəticədə, ənənəvi marşrutlar sıradan çıxır və daha çox Qərb dövlətləri iqtisadi böhranla qarşılaşır.  Azərbaycan həm əlverişli coğrafiyada-Şərqlə Qərb, Şimalla Cənubun kəsişmə nöqtəsində yerləşdiyindən, həm də zəngin enerji ehtiyatlarına sahib olduğundan hər kəsin diqqət mərkəzindədir. Ona görə ki, bu gün enerji resurslarına ehtiyac duyan ölkələr üçün həmin enerjinin dünya bazarlarına təhlükəsiz çıxarılması da prioritet vəzifə kimi qarşıda dayanır. Üstəlik, təhlükəsiz nəql məsələsini həll etmək əvvəlki dövrlərlə müqayisədə daha çox problemlidir. Odur ki, Mərkəzi Asiya regionu enerji resurslarının “təhlükəsizlik adası” da adlandırılan Azərbaycan üzərindən Qərbə daşınmasına üstünlük verir. Bir sözlə, ölkəmiz qlobal enerji dəhlizlərinin həlledici həlqələrindən biri kimi populyarlığını artırmaqdadır”.

O əlavə edib ki, Azərbaycan indiyə qədər Türkiyənin də iştirakı ilə reallaşdırdığı enerji layihələri ilə faktiki, Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynadığını təsdiq edib: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri Rusiya-Ukrayna müharibəsindən sonra dəyişən dünya nizamında daha ehtiyac duyulan layihələrə çevrilib. Bu da faktiki, qlobal enerji bazarında ölkəmizin çəkisini artırır və yeni perspektivlər açır. Məsələn, 

- 2024-cü ildə Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatdı;
- onun təxminən yarısını Türkiyəyə olan ixracat təşkil etdi; 
- Türkiyədən başqa 10-u Avropa dövləti olmaqla 11 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir;
- 2027-ci ilə qədər ölkəmizdən Avropaya daşınan enerjinin həcmi 2 dəfə artırılacaq.
Təbii ki, bu prosesdə Azərbaycanın əsas müəllifi olduğu Cənub Qaz Dəhlizi, xüsusilə də, onun əsas seqmentlərindən olan TANAP-ın xüsusi yeri var. Qərbin enerjiyə artan tələbatını nəzərə alaraq Bakı və Ankara TANAP-ın genişləndirilməsi və onun nəqletmə gücünün artırılması istiqamətində praktik addımlar atdılar. Bu əməkdaşlıq iki qardaş dövlət arasında ticari-iqtisadi əlaqələrin də inkişafına gətirib çıxarıb. Belə ki,
- 2024-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 6,13 milyard dollar təşkil edib; 
- o cümlədən ixrac 3,82 milyard dollar, 
- idxal 2,31 milyard dollara bərabər olub;
- Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi 20 milyard dolları ötür. 

Şübhəsiz, martın 5-də açılışı qeyd olunan İğdır-Naxçıvan qaz kəməri Azərbaycan və Türkiyənin enerji sektoru ilə bir-birinə daha sıx bağlanmasını şərtləndirəcək. Çünki, yeni xətt 30 il üçün Naxçıvanın enerji tələbatının ödənməsini nəzərdə tutur. Kəmərin təməli 2023-cü il sentyabrın 25-də iki dövlət başçısının iştirakı ilə məhz Naxçıvanda qoyuldu və 2 ildən sonra istifadəyə verilən yeni xətt muxtar respublikanın enerji təhlükəsizliyinin təminində sabitləşdirici rol oynayacaq. Belə ki, Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürüləcək və bir mənbədən asılılığı aradan qaldıracaq. Bu baxımdan kəmər respublikamız üçün həm iqtisadi, həm də geosiyasi baxımdan strateji çəkiyə sahibdir. 
- Naxçıvanın illik qaz istehlakı 260-300 milyon kubmetr arasındadır; 
- bu tələbatın ödənməsi üçün Azərbaycan İranla 2004-cü ildə svop razılaşması əldə edib; 
- İran Naxçıvanın tələbatına uyğun qazı Culfadan muxtar respublikaya ötürür, əvəzində eyni həcmdə qazı Astara üzərindən Azərbaycandan alır; 
- İranla razılaşmanın müddəti isə bu il bitir.

Bu arada qeyd edək ki, İğdır-Naxçıvan xəttinin gündəlik ötürücülük qabiliyyəti 2 milyon kubmetr olsa da, kiçik modifikasiya işləri ilə ötürücülük qabiliyyətini 5 milyon kubmetrə çatdırmaq olduqca real görünür. Və bütün bunlar Azərbaycan və Türkiyəni bir-birinə daha sıx bağlayır və qardaş ölkələri dünya üçün vazkeçilməz tərəfdaşa çevirir. Çünki, hazırda 3 qaz kəməri - Bakı-Tbilisi-Ərzurum, TANAP və İğdır-Naxçıvan qaz kəmərləri tək iki müttəfiq və dost dövlətin deyil, dünya bazarlarının enerji təhlükəsizliyinin təminində bir nömrəli faktor kimi özünü göstərir. 

İğdır-Naxçıvan layihəsinin daha bir mühüm tərəfi onun türk dünyasının birləşməsində müstəsna rol oynaması ilə əlaqəlidir. Ulu öndər Heydər Əliyevin birbaşa təşəbbüsü ilə 1990-cı ildə Araz çayı üzərində “Ümid” körpüsünün açılması türk qardaşlığına istiqamətlənmiş ilk önəmli addım idisə, İğdır-Naxçıvan qaz xətti ikinci strateji addım olacaq. Çünki, Mərkəzi Asiyanın türk respublikalarının da enerji resurslarını Azərbaycan üzərindən daşımağa başlaması regionda faktiki, türk qurşağının yaranmasına gətirib çıxarır. Halbuki, 100 il bundan öncə Zəngəzur bölgəsini ermənilərə “hədiyyə” edən bolşeviklər məhz türk qurşağının qarşısını almaqdan ötrü xəyanətkar addım atmışdılar. Prezident İlham Əliyev də bildirir: “Vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki, xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq”.

Artıq nə ermənilər, nə də onlara havadarlıq edən beynəlxalq güclər Azərbaycanın yaratdığı yeni reallıqları dəyişə biləcək. Zəngəzur dəhlizinin açılması bu prosesdə son nöqtə olacaq. Zəngəzurdan keçəcək nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr, o cümlədən Ermənistan üçün əlavə imkanlar yaradacaq. Zəngəzur dəhlizinin açılmasından sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizlərinə uyğun enerji dəhlizləri də reallaşdırılacaq. Bu zaman İğdır-Naxçıvan kəməri həm də Naxçıvan-İğdır istiqamətində enerji daşıyıcısı kimi Azərbaycan və Türkiyəyə daha böyük dividendlər qazandıracaq. Layihə həmçinin Naxçıvanı blokadadan çıxarmaq üçün atılan effektiv addımların təntənəsi kimi də qiymətləndirilir. Yeni nəqliyyat və enerji marşrutlarının reallaşdırılması Ermənistanın irəli sürdüyü absurd “Sülh kəsişməsi” kimi avantüraları gündəlikdən çıxarır və arxivə yollayır. Məğlub ölkə Zəngəzur dəhlizinə “yox” deməklə əslində, Bakı və Ankaranın regional aktorlara çevrilməsinə mane olmağa çalışsa da, görünən odur ki, Fransa və digər antitürk dövlətlərinin təhriki ilə buna nail ola bilməyəcək. Azərbaycan və Türkiyənin regiondakı tranzit mövqelərini bundan sonra da möhkəmləndirəcəyi isə artıq hər kəsin qəbul etməli olduğu həqiqətdir”.

Mürtəza
Ölkə.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:243
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 Mart 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri