Bu agentlikdə yeni departamentlər yaradıldı Təyinatlar oldu
Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyində struktur dəyişikliyi və təyinatlar olub.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb.
Belə ki, Sosial Xidmətlər Agentliyinin (SXA) strukturunda Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamenti, Strateji planlaşdırma, təhlil və beynəlxalq əlaqələr departamenti, Satınalma və təminat departamenti, Hüquq departamenti yaradılıb.
Elman Həmzə oğlu Məmmədov Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdir müavini vəzifəsinə təyin edilib. O, daha əvvəl "Mərdəkan Reabilitasiya Pansionatı" Publik Hüquqi Şəxsin direktoru olub.
Hacıağa Cavid oğlu Haşımov Strateji planlaşdırma, təhlil və beynəlxalq əlaqələr departamentinin müdir müavini vəzifəsinə təyinat alıb. Xatırladaq ki, H.Haşımov bu təyinatadək Sosial Xidmətlər Agentliyinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.
Satınalma və təminat departamentinin müdiri təyin edilən Şahmar Füzuli oğlu Kərimov isə daha əvvəl Təminat və təchizat departamentinin müdiri olub.
Şamilova Oksana Nofalovna Hüquq departamentinin müdiri təyin olunub. O, daha əvvəl agentlikdə eyniadlı şöbənin müdiri vəzifəsində çalışırdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 03 Sentyabr 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















