Bu ailələrə birdəfəlik yardım edilə bilər KONKRET
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bayram günləri yaxınlaşdıqca sosial vəziyyəti həssas olan ailələrin əlavə dəstək alıb-almayacağı mövzusu yenidən gündəmə gəlib. Xüsusilə bayram ərəfəsində aztəminatlı şəxslərə birdəfəlik yardım ayrılması ilə bağlı cəmiyyətdə gözləntilər olsa da, mövcud qaydaların buna imkan verib-vermədiyi sual doğurur.
Bu barədə KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hazırda Azərbaycanda belə bir praktika mövcud deyil.
Ekspertin sözlərinə görə, sosial müavinət alan şəxslərə dövlət tərəfindən yalnız aylıq ödənişlər verilir və bu mexanizmin bayram günləri üçün ayrıca formada genişləndirilməsi planlaşdırılmır.
“Bəzi şirkətlər tərəfindən xeyriyyə aksiyalarının keçirilməsi mümkündür. Adətən Yeni il ərəfəsində uşaq evlərinə, qocalar evlərinə və sosial yardıma ehtiyacı olan digər insanlara könüllü şəkildə dəstək göstərilir. Lakin dövlət tərəfindən əlavə birdəfəlik ödənişlərin ayrılması hələlik nəzərdə tutulmayıb,” – deyə Natiq Cəfərli qeyd edib.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 12 Dekabr 2025 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur








Günün ən çox oxunanları



















