Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Evinin sökülməməsi üçün altından yol çəkdi

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Bu ailələrə mənzil güzəşti edilə bilər MÜHÜM TƏKLİF KONKRET

Bu ailələrə mənzil güzəşti edilə bilər MÜHÜM TƏKLİF KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycanda son illərdə doğum göstəricilərinin ardıcıl şəkildə azalması demoqrafik təhlükəsizliklə bağlı müzakirələri yenidən gündəmə gətirib.  Ekspertlər bu tendensiyanı sosial rifah səviyyəsi, mənzil problemi, gənc ailələrin maddi çətinlikləri və ailə institutunda baş verən dəyişikliklərlə əlaqələndirirlər. Belə bir şəraitdə dövlət tərəfindən uşaq pulunun bərpası və çoxuşaqlı ailələrə əlavə dəstək mexanizmlərinin tətbiqi yenidən aktuallaşıb.

Bəs uşaq pulunun qaytarılması Azərbaycanda demoqrafik geriləmənin qarşısını almağa nə dərəcədə təsir göstərə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a danışan Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Azərbaycanda sosial rifahla əhali artımı arasında birbaşa əlaqə mövcuddur:

“Almaniya, Fransa və digər Avropa ölkələri ilə Azərbaycanı bu məsələdə müqayisə etmək düzgün deyil. Hər bir dövlətin özünəməxsus ailə modeli və sosial xüsusiyyətləri var. Azərbaycanda demoqrafik geriləmənin əsas səbəblərindən biri  maddi çətinliklərdir. Gənc ailələr gələcəklə bağlı ciddi narahatlıqlar yaşayırlar. Son aylarda daha çox cərimələr, məhdudiyyətlər, rüsum və qiymət artımları müşahidə olunur. Belə şəraitdə əhali artımını gözləmək çətindir. Mənzil qiymətlərinin bahalaşması, təhsil xərclərinin artması, səhiyyə xidmətlərinin əlçatanlığının azalması doğum göstəricilərinə mənfi təsir göstərən əsas amillərdəndir”.

Tural Abbaslının fikrincə, uşaq pulunun tətbiqi problemi tam həll etməsə də, vəziyyətin yaxşılaşmasına mühüm töhfə verə bilər:

“Uşaq pulu doğum sayını iki-üç dəfə artıracaq mexanizm deyil. Amma bu, problemin həlli istiqamətində vacib addımlardan biridir. Dövlət birinci, ikinci, üçüncü və sonrakı uşaqlarla bağlı fərqli dəstək mexanizmləri formalaşdırmalıdır. Çoxuşaqlı ailələr üçün əlavə sosial təminatlar nəzərdə tutulmalıdır. Hətta dörd və daha çox uşağı olan ailələrə mənzil təminatı kimi güzəştlər də tətbiq oluna bilər”.

Abbaslı qeyd edib ki, ailə institutunun zəifləməsi də demoqrafik vəziyyətə mənfi təsir göstərir:

“Boşanmaların statistikasına baxsaq, görərik ki, son illərdə bu göstərici ciddi şəkildə artıb. Artıq boşanmaların sayı yeni qurulan ailələrin sayına yaxınlaşır. Ailə institutunun möhkəmləndirilməsi və sosial dəstək tədbirlərinin genişləndirilməsi istiqamətində addımlar atılmasa, ölkə daha ciddi demoqrafik problemlərlə üzləşə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Oktyabr 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see344

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see337

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see336

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see285

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see273

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see266

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see263

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see263

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see236

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see233

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see225

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see218

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see217

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see214

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see206

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see198

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see192

Evinin sökülməməsi üçün altından yol çəkdi

19 Noyabr 2026 01:37see173

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri