Bu ali məktəbə yeni prorektor təyin olundu Güldənə Hidayətli kimdir? AzPolitika onlayn siyasi ictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Bakı Ali Neft Məktəbinə (BANM) strateji inkişaf üzrə prorektor təyin edilib.
"AzPolitika" "modern.az" xəbər verir ki, bu vəzifəyə Güldənə Hidayətli təyinat alıb.
Güldənə Hidayətli BANM-ın yetirməsidir.
Hidayətli Güldənə Şahin qızı 1995-ci ildə Qəbələ rayonunda anadan olub. 12 yaşına qədər valideynlərilə Rusiyada yaşayıb və ilk təhsilini orada alıb.
Sonra ailəsi Bakıya köçüb. Orta məktəbi bitirdikdən sonra Bakı Ali Neft Məktəbinə (Heriot Vatt Universiteti ilə ikili diplom proqramı) kimya mühəndisliyi ixtisasına qəbul olunub. Bakalavr təhsilini tamamladıqdan sonra yenidən BANM-da MBA ixtisası üzrə magistr təhsili alıb.
O, əmək fəaliyyətinə BANM-da başlayıb. G.Hidayətli BANM-ı bitirəndən sonra rəhbərliyin tövsiyəsilə burada fəaliyyətə başlayıb.
O, əvvəlcə Kefiyyətə təminat şöbəsində əməkdaş, son 5 ildə isə həmin şöbənin müdiri vəzifəsində çalışıb, eyni zamanda BANM-da dərs deyir.
G.Hidayətlinin prorektorluğa təqdimatı BANM rektoru Elmar Qasımov tərəfindən SOCAR rəhbərliyinə verilib və təsdiqlənib.
O, birinci "Yüksəliş” müsabiqəsinin qalibidir. Ailəlidir, bır qızı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 16 Yanvar 2025 17:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















