Icma.az
close
up
RU
Bu artıq sıradan müharibə deyil Böyük ərazinin tam işğalı başlayır

Bu artıq sıradan müharibə deyil Böyük ərazinin tam işğalı başlayır

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Bir neçə ay əvvəl İsrailin Qəzzada bu qədər irəliləyəcəyi qeyri-real görünürdü. Müharibə, bombardmanlar, minlərlə insan itkisi vardı, bəli. Amma 2025-ci ilin avqustunda bu münaqişə artıq “daha bir qarşıdurma” deyil. O, bölgədə və beynəlxalq münasibətlər sistemində ciddi dönüş nöqtəsinə çevrilib”.

Bu sözləri Globalinfo.az-a politoloq Rüstəm Tağızadə İsrailin Qəzzanı ilhaq etmək planlarını şərh edərkən deyib.

“Bu gün İsrail siyasi rəhbərliyi ilk dəfə olaraq Qəzzanın tam işğalını açıq şəkildə müzakirə edir. Bu, təkcə hərbi plan deyil, eyni zamanda 2005-ci ildən etibarən tətbiq edilən “ayrılma siyasəti”nin ləğvi demək olardı. Başqa sözlə, məsələ yalnız tankların şəhər küçələrinə girməsi deyil. Bu, həm də siyasi strategiyanın, beynəlxalq hüququn və regional güc balansının dəyişməsi anlamına gəlir.

İsrailin məqsədi bu dəfə daha aydındır: Qəzzada HAMAS-ı və ona bağlı bütün hərbi strukturları tamamilə aradan qaldırmaq. Və bunu sadəcə havadan deyil, həm də yerdən, yəni torpaq üzərindən təhlükəsizlik quraraq etmək.

Lakin Netanyahu hökuməti üçün məsələ yalnız təhlükəsizliklə bitmir. 2026-cı ildə keçiriləcək növbədənkənar seçkilər ehtimalı və daxildə artan siyasi təzyiqlər İsrail rəhbərliyini daha sərt addımlar atmağa sövq edir. Bu isə belə bir sual doğurur: İsrail Qəzzanı tam şəkildə işğal edə bilərmi?

İsrail Müdafiə Qüvvələri (IDF) bölgədəki ən güclü və texnoloji baxımdan müasir ordulardan biridir. Kəşfiyyat, dronlar, raket əleyhinə sistemlər – bütün bu üstünlüklər İsrailin tərəfindədir. Qəzzanın əsas hissələri artıq nəzarət altına alınıb. Rəfah və Deir əl-Bələh kimi bölgələrdə döyüşlər davam etsə də, bu ərazilər hərbi baxımdan təcrid olunmuş vəziyyətdədir. Yəni tam işğal texniki olaraq mümkündür.

Ancaq bu məsələnin digər tərəfi də var: İsrail belə bir işğalı nə qədər müddət davam etdirə bilər?

Qəzzada 2 milyondan çox insan yaşayır və onların təxminən 70 faizi artıq məcburi köçkünə çevrilib. Əhali aclıq, susuzluq və xəstəliklərlə üz-üzədir. BMT-nin son hesabatında bildirilir ki, əgər humanitar yardım axını bərpa olunmasa, 2025-ci ilin sonuna qədər Qəzzada vəziyyət tam humanitar fəlakət səviyyəsinə çata bilər”.

Rüstəm Tağızadə

Həmçinin oxuyun:

Gərginlik yaradacaq sözlər: Türkiyə heyrət içində – Bakı elə bir addım atdı ki…

Ekspert hesab edir ki, burada beynəlxalq hüquq məsələsi ön plana çıxır:

“Hazırda İsrailin blokadası və hava məhdudiyyəti “effektiv nəzarət” kimi qiymətləndirilir. Yəni beynəlxalq hüquqa görə, Qəzza hələ də İsrailin de-fakto işğalında hesab olunur. Əgər İsrail bu nəzarəti torpaq üzərindən də rəsmiləşdirsə, bu, Cenevrə Konvensiyasına görə rəsmi işğal sayılacaq. Bu halda İsrail işğalçı dövlətin bütün məsuliyyətlərini daşımalı olacaq.

Bu isə beynəlxalq təzyiqləri artıracaq. ABŞ administrasiyası, xüsusilə də Dövlət Departamenti son günlərdə açıq şəkildə İsrailə təmkinli davranmağı tövsiyə edir. Avropa Birliyində isə artıq bəzi nazirlər Qəzzada baş verənləri “insanlığa qarşı cinayət” kimi qiymətləndirir. Beynəlxalq Cinayət Məhkəməsi (ICC) artıq İsrailin yüksək vəzifəli şəxslərinə qarşı ilkin istintaqa başlayıb. Əgər Qəzza tam şəkildə işğal edilərsə, bu yeni ittihamların da gündəmə gəlməsinə səbəb ola bilər.

Bütün bunlar İsrailin bölgədəki mövqeyinə də təsir edəcək. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə normallaşma prosesi dayana, Misir və İordaniya ilə münasibətlər daha da gərginləşə bilər”.

R.Tağızadə qeyd edib ki, Qəzzanı işğal etmək asan görünə bilər, lakin orada nəzarəti saxlamaq çox çətin olacaq:

ABŞ-ın İraq və Əfqanıstandakı təcrübələri göstərdi ki, işğaldan daha çətin olan, postişğal dövrünün idarə edilməsidir.

İsrail Qəzzada 2 milyon insanı necə idarə edəcək? Hökumət strukturlarını kim quracaq? Hər gün küçələrdə patrul edən İsrail əsgərləri hansı risklərlə qarşılaşacaq? Bu sualların heç birinə hələ aydın cavab verilməyib”.

İsrail indi seçim qarşısındadır: ya təhlükəsizliyini önə çəkərək Qəzzanı tam nəzarətə götürəcək və bu zaman beynəlxalq sanksiyalarla, hüquqi təzyiqlərlə üzləşəcək, ya da hərbi əməliyyatları bu mərhələdə dayandıraraq daha az riskli, lakin daxildə siyasi cəhətdən tənqid edilə biləcək bir yol seçəcək.

Hər iki halda İsrail tək deyil. ABŞ, Avropa və region ölkələri bu qərarın birbaşa iştirakçısı olmasalar da, nəticələrindən yayınmaları mümkün olmayacaq.

Əgər Qəzzanın tam işğalı baş verərsə, bu, təkcə fələstinlilərin deyil, beynəlxalq hüquq sisteminin də ciddi sınağına çevriləcək. Və bu sınaqda uduzan təkcə tərəflər deyil  bütün dünya ola bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Avqust 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri