Türkiyənin daxili işlər naziri Liviya rəsmisinin təyyarəsinin radarlardan itdiyini TƏSDİQLƏDİ FOTO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyənin daxili işlər nazirliyi Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə əlaqənin itirildiyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” hesabında yazıb.
“Bu gün saat 20:10-da (Bakı vaxtı ilə 21:10) Ankara Esenboğa hava limanından Tripoli istiqamətində 9H-DFJ bort nömrəli Falcon 50 biznes-ceti havaya qalxıb. Lakin saat 20:52-yə (Bakı vaxtı ilə 21:52) olan məlumata görə, təyyarə ilə əlaqə kəsilib.
Həmin hava gəmisindən Haymana rayonu ərazisində məcburi enişlə bağlı məlumat daxil olub, bundan sonra isə təyyarə ilə təkrar əlaqə yaratmaq mümkün olmayıb.
Təyyarənin göyərtəsində beş sərnişin olub, onların arasında Liviyanın Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli Əhməd əl-Həddad da var idi.
Hadisələrin sonrakı inkişafı barədə ictimaiyyətə məlumat veriləcək”, — deyə Yerlikaya qeyd edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 23 Dekabr 2025 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















