Icma.az
close
up
RU
Bu avtobusların insan sağlamlığına ziyanı varmı? RƏSMİ AÇIQLAMA Yeni Çağ Media

Bu avtobusların insan sağlamlığına ziyanı varmı? RƏSMİ AÇIQLAMA Yeni Çağ Media

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elektrik mühərrikli avtobuslar ənənəvi daxili yanma mühərrikləri yerinə elektrik enerjisi ilə işləyən nəqliyyat vasitələridir. Bu avtobuslar şəhər nəqliyyatında sıfır emissiya təmin edərək ətraf mühitin qorunmasına böyük töhfə verir.

Yenicag.az xəbər verir ki, texnologiyanın inkişafı ilə elektrobusların batareya ömrü və məsafəsi artır, xərcləri isə azalır.

Bu səbəbdən, bir çox şəhər artıq fosil yanacaqlı avtobusları elektrik mühərrikli avtobuslarla əvəz etməyi planlaşdırır.

Paytaxt Bakıda da elektrik mühərrikli avtobuslar müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərməyə başlayıb.

Bəs elektrik müəhrrikli avtobsuların yolda qalma ehtimalı varmı? Ümumiyyətlə bu avtobuslar nə qədər məsafəqət edir? İnsan sağlamlığı üçün hər hansı təhdid təşkil edirmi?

Bu suallara cavab tapmaq üçün “BakuBus” MMC-yə müraciət etdik. Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, hazırda ictimai nəqliyatın islahatı ilə bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir:

“Bu tədbirin mühüm istiqamətlərindən biri müasir qaraj infrastrukturunun yaradılmasıdır. Şəhərin marşrut xətlərində fəaliyyət göstərən elektrikli avtobuslar Zığ Avtoparkından xəttə çıxır. Bu avtoparkda 60 ədəd şarj cihazı quraşdırılıb.

Avtobuslar marşrut xəttindən qayıtdıqdan sonra qarajda 3 saat ərzində enerji ilə tam doldurulur. Bununla yanaşı, sürətli şarjolma funksiyası vasitəsilə doldurma prosesi 1 saat 30 dəqiqəyə qədər azaldıla bilər.

Avtobusların enerji səviyyəsi 20 faizdən aşağı düşdükdə, vasitə avtomatik olaraq xəttdən çıxarılaraq qaraja yönləndirilir. Əlavə olaraq, enerji səviyyəsi 50 faizdən aşağı olduqda sürücülərə növbə dəyişimi zamanı enerji doldurma məntəqələrində enerji yığılması barədə təlimat verilir. Elektrikli avtobuslar tam enerji dolumundan sonra hava şəraitindən asılı olaraq 306 km-ə qədər məsafə qət edə bilir və dövriyyə üçün nəzərdə tutulan gün ərzində fasiləsiz xidmət göstərə bilir.

Elektrikli avtobusların istismarı yalnız sərnişinlərimizin rahatlığı üçün deyil, həmçinin ətraf mühitin qorunması və insan sağlamlığına diqqətin artırılması məqsədini daşıyır. Mühərriklərin tamamilə elektriklə işləməsi atmosferə heç bir zərərli tullantının buraxılmamasını təmin edir. Bu avtobuslar ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi olmaqla, şəhərin hava keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verir və sakinlərin sağlamlığı üçün heç bir təhlükə yaratmır.

Sürücülərin peşəkarlığının təmin edilməsi məqsədilə elektrikli avtobusları idarə edən sürücülər “BakuBus” MMC-nin Sürücü Təlim Mərkəzində xüsusi təlim kursu keçiblər. Ötən gün texniki səhvə yol vermiş sürücü yenidən təlimə yönləndirilərək əlavə hazırlıqdan keçiriləcəkdir”.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 02 Dekabr 2024 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see253

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see240

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see198

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see190

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see189

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see187

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see176

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see166

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see157

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see147

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see133

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see131

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see128

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see128

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see126

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see123

Bakıda “Azerbaijan Fashion Week”in 19 cu mövsümü keçirilib

10 Dekabr 2025 07:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri