Icma.az
close
up
RU
Bu avtomobillər bahalaşacaq

Bu avtomobillər bahalaşacaq

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Amerika hərraclarında satılan Alman və Yapon avtomobilləri bahalaşacaq.

Milli.Az xəbər verir ki, bu birbaşa ABŞ-nin yeni prezidenti Donald Trampın qərarları ilə bağlıdır.

Tramp istəyir ki, yerli avtomobillər daha çox alınsın. Bu səbəbdən də tarifləri artırmaq qərarına gəlib. ABŞ hökumətinin artırılmış tarifləri, xüsusən də polad, alüminium və bəzi avtomobil hissələri və avtomobilləri üzərində tətbiq etdiyi yeni məhdudiyyətlər qlobal avtomobil sektoruna mənfi təsir göstərəcək.

Prezident Trampın tarif siyasətinin əsas məqsədi daxili avtomobil istehsalını canlandırmaqdır. Məqsəd avtomobil istehsalçılarını istehsalını ABŞ-yə köçürməyə təşviq edərək, istehsal obyektləri və digər sənaye fəaliyyətlərini ABŞ-yə cəlb etməkdir.

Bu siyasət çərçivəsində Tramp ABŞ-nin ən vacib üç ticarət tərəfdaşından idxallara 25%-lik tarif tətbiq edərək və Çin üzərindəki tarifləri 10%-dən 20%-ə qaldıraraq, sərbəst ticarətə məhdudiyyətlər qoyub.

Aydın məsələdir ki, avtomobil sənayesi qlobal təchizat əlaqələri üzərində fəaliyyət göstərir, yəni avtomobillərin istehsalında müxtəlif ölkələr arasında əməkdaşlıq mövcuddur. Avtomobillərin dizaynı bir ölkədə həyata keçirilir, komponentlər başqa ölkələrdə istehsal olunur və yığım isə üçüncü ölkədə baş verir.

Amerikada istehsal edən avtomobil istehsalçıları üçün Kanada kimi qonşu ölkələrdən gələn təchizatçılar olduqca vacibdir. Bu təchizatçılar ABŞ-də müxtəlif ştatlarda yerləşən istehsal məntəqələrində fəaliyyət göstərir. Hər bir avtomobil hissəsi sərhəd keçərək son montaja qədər bir neçə dəfə ölkələr arasında hərəkət edir. Məsələn, ABŞ, Kanada və Meksika arasında avtomobil hissələri davamlı olaraq sərhəddən keçir.

Yeni tariflər buna ciddi təsir edəcək, çünki hər bir hissə üçün əlavə vergi və gömrük rüsumu tətbiq ediləcək. Bu, avtomobil istehsalının xərclərini artıracaq və nəticədə istehsalçıların daha yüksək qiymətlərlə avtomobil istehsal etməsinə səbəb olacaq. Bu da avtomobil qiymətlərinin yüksəlməsinə və bazarda qeyri-müəyyənliyin artmasına yol açacaq.

Meksikada ABŞ bazarı üçün avtomobil istehsal edən Alman istehsalçıları böyük təzyiq altındadır. İstehsalın köçürülməsi, ehtimal ki, hər iki tərəfdə iş yerlərinin itirilməsinə səbəb olacaq. ABŞ tərəfindən tətbiq edilən daha yüksək tariflər, Meksikada ucuz əmək haqqı ilə istehsal üstünlüyünü aradan qaldıra və ya azalda bilər.

ABŞ-nin tarif siyasətinin təsiri auksionda alınan və digər ölkələrə göndərilən avtomobillərin qiymətlərinə də təsir edəcək. Artan tariflər və idxal xərcləri, xüsusən də avtomobillərin və onların hissələrinin qiymətlərini artıracaq. Bu da bahalaşmaya səbəb olacaq.

İslam
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Mart 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri