Icma.az
close
up
RU
Bu avtomobillər ucuzlaşacaq Yeni qaydalar gündəmdə

Bu avtomobillər ucuzlaşacaq Yeni qaydalar gündəmdə

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"İkinci əl" avtomobillərin satışı üçün yeni prosedur müəyyənləşir. Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. 

Layihəyə əsasən, avtomobil satışı fəaliyyəti ilə məşğul olan rəsmi dilerlər tərəfindən istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə olunan ikinci əl avtomobillərin satışı zamanı 3 il müddətinə əlavə dəyər vergisinin (ƏDV) ticarət əlavəsindən hesablanması təklif olunur. 

Qeyd edilib ki, diler şəbəkələri ilə keçirilmiş görüşlər zamanı qaldırılan əsas məsələlərdən biri istehsal tarixi 5 ildən artıq olmayan "ikinci əl" avtomobillərin alqı-satqısı əməliyyatları üzrə yaranan ƏDV yükünün yüksək olması ilə bağlı olub.

Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında iqtisadi ekspert Akif Nəsirli bildirib ki, bu təklifin əsas mahiyyəti ikinci əl avtomobillərin rəsmi dilerlər vasitəsilə satışını stimullaşdırmaq və bu sahədə vergi yükünü azaltmaqdır:

"İndiyədək ikinci əl avtomobilin satışında ƏDV-nin hesablanması dilerlər üçün əlavə maliyyə yükü yaradırdı. Təklif olunan dəyişiklik isə istehsal tarixi 5 ildən artıq olmayan və yalnız nağdsız qaydada əldə edilmiş avtomobillərin rəsmi dilerlər tərəfindən satışına şamil olunmaqla ƏDV-nin avtomobilin tam satış qiymətindən deyil, alış və satış qiyməti arasındakı fərqdən, yəni ticarət əlavəsindən hesablanmasını nəzərdə tutur. Bu, dilerlərin xərclərini azalda və ikinci əl avtomobil bazarında rəsmi satış kanallarının inkişafına şərait yarada bilər.

Burada əsas məqsədlərdən biri ikinci əl avtomobil bazarını daha şəffaf və leqal iqtisadi dövriyyəyə cəlb etməkdir. Çünki avtomobil alqı-satqısının əhəmiyyətli hissəsinin qeyri-rəsmi qaydada həyata keçirilməsi həm vergi nəzarətini çətinləşdirir, həm də alıcıların hüquqlarının qorunması baxımından müəyyən problemlər yaradır. Rəsmi dilerlərin bu bazarda fəallaşması avtomobillərin texniki vəziyyətinə, satış tarixçəsinə və sənədləşməsinə daha ciddi nəzarət imkanları yarada bilər”.

Ekspert əlavə edib ki, avtomobil qiymətlərinə gəlincə, bu dəyişiklik birbaşa bahalaşma yaradan mexanizm deyil:

"Əksinə, dilerlərin vergi yükünün azalması qiymətlərin sabit qalmasına və müəyyən hallarda daha münasib təkliflərin ortaya çıxmasına imkan verə bilər. Ancaq vergi güzəştindən əldə olunan üstünlüyün nə qədərinin alıcıya çatacağı, nə qədərinin dilerlərin mənfəətində qalacağı bazardakı rəqabətdən asılı olacaq. Buna görə də qiymətlərin mütləq ucuzlaşacağını söyləmək də doğru olmaz. Ümumilikdə, bu təşəbbüsün nəticəsi təkcə vergi güzəşti ilə deyil, onun bazarda yaratdığı rəqabət və şəffaflıqla ölçülməlidir. Əsas məsələ odur ki, vergi yükünün azaldılması alıcıların da maraqlarına xidmət etsin, yoxsa güzəşt yalnız avtomobil satışı ilə məşğul olan şirkətlərin əlavə gəlirinə çevrilsin”.

Aynur Babazadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 05 Noyabr 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri