Icma.az
close
up
RU
Tramp qaydaları dəyişdi Yeni avtomobillər ucuzlaşacaq

Tramp qaydaları dəyişdi Yeni avtomobillər ucuzlaşacaq

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Tramp administrasiyasının ABŞ-də karbon emissiyası qaydalarını sadələşdirməsi avtomobil dünyasında böyük canlanma yaradıb. Bu addım istehsalçıların hansı mühərriklərə üstünlük verəcəyindən tutmuş, elektromobillərin yayılma sürətinə və maşınların satış qiymətinə qədər hər şeyə təsir edir. İndi hamını bir sual düşündürür: Bu qərar həm yaxın gələcəkdə, həm də növbəti illərdə avtomobil bazarını necə dəyişəcək?
Nəqliyyat eksperti Razil Nağıyev Demokrat.az-a açıqlamasında bildirib ki, istixana qazları və karbon emissiyası ilə bağlı qaydaların zəiflədilməsi avtomobil sənayesində qısamüddətli rahatlama yaratsa da, uzunmüddətli perspektivdə strateji qeyri-müəyyənlik formalaşdırır.
“Qaydaların yumşaldılması istehsalçılara daxili yanma mühərrikli avtomobillərin istehsalını daha az əlavə xərc və texnoloji təzyiq altında davam etdirməyə imkan verir. Bu, emissiya azaldıcı texnologiyalara və elektromobillərə yönələn investisiyaların müvəqqəti olaraq yavaşlamasına, eləcə də bəzi modellər üzrə avtomobil qiymətlərinin daha stabil qalmasına və ya nisbətən aşağı düşməsinə səbəb ola bilər”.
Ekspert bildirib ki, uzunmüddətli perspektivdə isə bu siyasətin qlobal avtomobil sənayesinin əsas istiqamətini dəyişəcəyi gözlənilmir.
“Avropa İttifaqı, Çin və digər böyük bazarlarda sərt ekoloji tələblərin qüvvədə qalması istehsalçıları elektromobil və alternativ texnologiyalara keçidi davam etdirməyə məcbur edir. ABŞ-də tənzimləmələrin zəiflədilməsi innovasiya tempinin azalmasına və bəzi istehsalçıların beynəlxalq rəqabət qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Nəticə etibarilə, bu qərar avtomobil sənayesinə qısamüddətli çeviklik versə də, uzunmüddətdə elektromobillərə keçid prosesi ləngisə belə, tam dayanmayacaq və qlobal bazarların müəyyən etdiyi istiqamətdə davam edəcək” - o, deyib. 
Qeyd edək ki, ekoloji tələblər və emissiya standartları avtomobil sənayesinin gələcək inkişaf istiqamətini müəyyən edən əsas amillərdən biri hesab olunur.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Fevral 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri