Icma.az
close
up
RU
Bu avtomobilləri alanlara bəd xəbər: YOLDA QALA BİLƏRSİNİZ

Bu avtomobilləri alanlara bəd xəbər: YOLDA QALA BİLƏRSİNİZ

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Elektrikli avtomobillər son illərdə texnologiya və avtomobil sənayesində ən sürətlə inkişaf edən sahələrdən biridir. Onlar daxili yanma mühərrikləri ilə işləyən avtomobillərdən fərqli olaraq, enerji mənbəyi kimi elektrik akkumulyatorlarından istifadə edir.

Elektrikli avtomobillər karbon emissiyasını azaldır, çünki onlar birbaşa olaraq yanacaq yandırmır. Bu, havanın çirklənməsinin və qlobal istiləşmənin qarşısını almaqda mühüm rol oynayır. Bu cəhətdən faydalı sayılan elektromobillərin zərərli tərəfinin olduğu da iddia edilir. Bu səbəbdən elektromobil almaq istəyənlər üçün sözügedən məsələ sual doğurur.

Bəs bu avtomobillərin mənfi cəhətləri nədir?

Hurriyyet.az xəbər verir ki, nəqliyyat eksperti Elməddin Muradlı mövzunu “Yeni Sabah”a şərh edərkən bir sıra məqamları diqqətə çatdırıb:

“Elektrikli avtomobillərlə bağlı dünyada müxtəlif proseslər gedir. Əsas üstünlük alıcılardadır. Onlar həmişə qənaət rejiminə üstünlük verir, daha az xərcləmək istəyirlər. Ancaq bir müddət keçdikdən sonra elektrikli avtomobillərin elə bir detalı sıradan çıxır ki, onu tapmaq, almaq, təmir etdirmək müşkülə çevrilir. Bu cür maşın alan adam artıq suallarla yaşamalı olur.  Çünki elektromobillər yenilikdir. Onların yaxşı cəhətləri ilə yanaşı, mənfiləri də mövcuddur. Belə ki, bu avtomobillərdə alışma riski var, ehtiyat hissələri bahadır, servis, usta xidməti tapmaq çətindir. Elektromobillərin ustası hər yerdə tapılmır. Alıcılar fikirləşməsin ki, ucqar bir yerdə, dağ başında avtomobilə nə isə olarsa, ona dərhal usta tapılsın”.

Ekspert elektromobillərin digər bir problemindən də söz açıb:

“Elektromobillər tam şarj olunduğu təqdirdə 400 kilometr yol getməlidir. Soyuq havalarda isə bu rəqəm 200 kilometrə qədər enir. Bu cür risklər var və insanlar buna hazır olmalıdır. Sözügedən problem keçən il ölkəmizdə özünü büruzə verdi. Çünki bu vasitələrdən istifadə edən dostlarımız həmin məsələdən şikayətlənirdilər. Bu cür durumlara öyrəşməliyik, çünki illər lazımdır ki, həmin avtomobillərlə bağlı bütün detallar yerinə otursun”.

E.Muradlı qeyd edib ki, bütün bu çətinliklərə baxmayaraq, ənənəvi avtomobillərdən elektromobillərə keçid də lazımdır:

“Biz dünyamızı qorumalıyıq, ətraf mühitin qayğısına qalmalıyıq. Qlobal istiləşmə ilə bağlı problemlər artıq qapımızdadır. Bu avtomobillərin yayılmasından danışmaq daha yaxşıdır. Ancaq reallıq baxımından da qüsurları gözardı etmək mümkün deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Dekabr 2024 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri