Icma.az
close
up
RU
Bu ay meteor yağacaq

Bu ay meteor yağacaq

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 6-dan 30-dək Azərbaycanda Leonid meteor yağışı müşahidə ediləcək.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Lent.az-a verilən məlumata görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağı proqnozlaşdırılır.

Azərbaycan ərazisində Leonidləri müşahidə etmək üçün ən əlverişli dövr noyabrın 17-dən 18-nə keçən gecə saat 02:00-dan sübhədək olan müddətdir. Maksimuma yaxın saatlarda Ayın batması zəif meteorların görünməsi üçün də nisbətən əlverişli şərait yarada bilər.

Leonid meteor yağışı hər il Yer kürəsinin "55P/Tempel–Tuttle" kometinin öz orbiti boyunca buraxdığı toz və xırda hissəciklər axınından keçməsi nəticəsində yaranır. "55P/Tempel–Tuttle" kometi Günəş sisteminə daxil olan qısadövrlü periodik kometlərdən biridir. Komet Günəş ətrafında tam dövrünü təxminən 33,2 ilə başa vurur. O, 1865-ci ildə alman astronomu Vilhelm Tempel, 1866-cı ildə isə amerikalı astronom Horas Tattl tərəfindən müstəqil şəkildə kəşf edilib. Komet hər iki astronomun şərəfinə adlandırılıb.

Leonidlər yüksək sürətləri ilə seçilir. Onların Yer atmosferinə daxilolma sürəti təxminən 71 km/s, yaxud saatda 255 min kilometr təşkil edir. Bu göstərici Leonidləri ən sürətli meteor axınlarından birinə çevirir. Atmosferlə qarşılıqlı təsir nəticəsində meteor hissəcikləri qızır, parçalanır və onların hərəkət trayektoriyası boyunca işıqlanan qaz izləri əmələ gəlir. Yer səthindən bu hadisə səmada sürətlə hərəkət edən parlaq işıq zolaqları şəklində müşahidə edilir.

Leonidlərin radiantı, yəni meteorların səmada zahirən çıxdığı nöqtə Şir (Leo) bürcündə yerləşir. Meteor yağışının adı da məhz bu bürclə əlaqədardır. Bununla belə, meteorlar səmanın müxtəlif istiqamətlərində görünə bilər.

Leonidlər astronomiya tarixində güclü meteor fırtınaları ilə də tanınır. Xüsusilə 1833, 1866, 1966, 1999–2002-ci illərdə qeydə alınan intensiv hadisələr böyük elmi marağa səbəb olub. Meteor fırtınaları Yer kürəsinin kometin orbitindəki daha sıx maddə axınlarından keçməsi ilə əlaqədardır. Lakin 2026-cı ildə belə güclü meteor fırtınası gözlənilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://lent.az
archiveBu xəbər 02 Noyabr 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri