Icma.az
close
up
RU
“Bu, Azərbaycan xalqını qəhrəman bir xalq kimi tanıtdı” ŞƏRH

“Bu, Azərbaycan xalqını qəhrəman bir xalq kimi tanıtdı” ŞƏRH

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Azərbaycan XX əsrin sonlarında ikinci dəfə müstəqillik qazansa da bu müstəqilliyimizi istər daxildə, istərsə də xaricdə istəməyən güclü qüvvələr var idi. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızı işğal etməsi, eləcə də daxildəki siyasi qüvvələrin hakimiyyət uğrunda çəkişmələri dövlətimizi təmamilə zəiflətmiş, məhv olmaq təhlükəsi yaratmışdır”.

Bu sözləri SİA-ya açıqlamasında sabiq deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, 1992-ci ildə AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi ilə Azərbaycanda siyasi-iqtisadi böhran daha da dərinləşdi:

“Hakimiyyətin başında duran insanların səriştəsizliyi, dövlət idarəçiliyi sisteminin olmaması nəticəsində Azərbaycanda qanunsuz silahlı dəstələr yarandı. Məhz bu səriştəsizliyin və ölkədə baş alıb gedən hərc-mərcliyin nəticəsində regionlarda separatçılıq, parçalanma meyilləri baş qaldırdı. Ölkəmizdə vəziyyət qarşısıalınmaz bir həddə gəlib çıxmışdır. Hakimiyyətdə yüksək post tutan bir çox məmurlar özlərinə silahlı dəstələr yaratmışdılar. Respublikamızda vətəndaş müharibəsi başlamış və qardaş qırğını törədilmişdir.

Hakimiyyətdə olan AXC-Müsavat cütlüyü baş verən bu hadisələrin qarşısında acizlik göstərirdi, yalnız hakimiyyətdə qalmaq haqqında düşünürdülər. Xalq acınacaqlı vəziyyətə düşmüşdü. Xarici siyasətdə də böyük uğursuzluqlar hökm sürürdü. Qonşu ölkələrlə münasibətlər korlanmış, Azərbaycan dünyadan təcrid olunmuş vəziyyətdə idi. Dünya dövlətləri ilə iqtisadi-siyasi əlaqələr təmamilə dağıdılmışdır. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə Azərbaycanda baş alıb gedən anarxiya, xaos, özbaşınalıq nəticəsində iqtisadiyyat təmamilə çökmüş, torpaqlarımız ermənilər tərəfindən işğal edilirdi.
Azərbaycan dövlətinin əsl müstəqilliyi, suverenliyi, bir dövlət kimi inkişaf etməsi Qurtuluş Günündən başladı.
Azərbaycan xalqının erməni təcavüzünə son qoyacaq, əhalinin sosial vəziyyətini yaxşılaşdıracaq, ölkəni vətəndaş müharibəsindən xilas edəcək, öz xalqını, dövlətini sevən bir Liderə ehtiyacı var idi. Xalq inanırdı ki, ölkəni bu ağır günlərdən xilas edəcək və dövlətin suverenliyini bərpa edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir. Xalqımız güclü bir dövlət qurmaq üçün dahi şəxsiyyət olan Heydər Əliyevin ətrafında sıx birləşməyin vacib olması barədə müdrik bir qərar verdi. 1993-ci il iyunun 9-da Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının çağırışına səs verərək Bakıya qayıtdı. Ulu öndər Heydər Əliyev Azərbaycan xalqını yaşanacaq daha böyük bəlalardan xilas etdi. Ümummilli lider Heydər Əliyevin qayıdışı ölkəmizin, xalqımızın taleyində dönüş günü oldu, böyük inkişafa, gözəl gələcəyə doğru addım atıldı.

1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycan dövləti böhrandan xilas oldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də isə Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verildi. 15 iyun tarixi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bir gün oldu - Milli Qurtuluş Günü. 1997-ci ilin iyun ayında Milli Məclis 15 iyun gününü bayram günü elan etmişdir. Heydər Əliyevin adı Azərbaycan tarixinə Vətəninin, xalqının xilaskarı kimi yazıldı. Məhz Ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş həmrəyliyini yaratdı, eləcə də dövlətimizdə sabitliyin, əmin-amanlığın, bərqərar olmasına nail oldu. Ulu öndər Heydər Əliyevin arzusu Azərbaycan dövlətini bütöv görmək idi. Ümummilli lider Heydər Əliyev məcburi köçkünlərlə görüşlərində işğalda qalan torpaqlarımıza mütləq dönəcəyimizi qətiyyətlə vurğulayırdı. Ulu öndərin yeritdiyi siyasi-iqtisadi siyasətinin başında işğal altında olan torpaqlarımızı işğaldan azad edilməsi dururdu. Ulu öndər Heydər Əliyev hər zaman "Biz bu torpaqlarsız yaşaya bilmərik"-deyirdi.
Azərbaycan xalqının Heydər Əliyevə olan tükənməz inamı, Heydər Əliyev şəxsiyyətinin qüdrəti, əzəməti ulu öndərin öz xalqına sevgisi və məhəbbəti nəticəsində bu günkü güclü Azərbaycan dövləti formalaşmışdır.
Ulu öndər Azərbaycanı parçalanmaqdan xilas etdi, ölkədə qayda-qanun bərpa olundu, güclü ordu quruculuğunun təməlini qoydu.
Ölkəmizdə qanunsuz silahlı birləşmələrin dövlət çevrilişi cəhdlərinə son qoyuldu. İlk parlament seçkiləri keçirildi, Konstitusiya qəbul edildi. Azərbaycanın dünyaya inteqrasiya olunmasına eləcə də ölkədə iqtisadi və siyasi islahatlara başlanıldı və çox partiyalı bir sistem yaradıldı. Ulu öndər Heydər Əliyevin sayəsində Qarabağ müharibəsində atəşkəsə nail olundu. Atəşkəsə nail olunduqdan sonra Azərbaycanın iqtisadi inkişafının əsası qoyuldu və qələcəkdə böyük Qələbəmizin qazanılması üçün şərait yaradıldı. Neft konkraktlarının imzalanması ilə Azərbaycan dövləti sürətli və dayanıqlı iqtisadi inkişaf yoluna qədəm qoydu. Məhz ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işlərin nəticəsidir ki, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordu sırasında yer alır. Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi şücaət, xüsusilə Şuşanın işğaldan azad edilməsi uğrunda həyata keçirilən hərbi əməliyyat bir çox dünya ölkələrinin ordularında öyrənilir. Əminliklə söyləyirik ki, ulu öndər Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisi və memarıdır. Ümummilli lider Heydər Əliyev bütün həyatını canından çox sevdiyi Vətəninə, xalqına həsr etmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətimizin inkişafı və tərəqqisi üçün alternativi olmayan Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan dünyada öz gücünü və nüfuzunu durmadan artırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütün dünyaya Azərbaycanı Qalib bir dövlət, Azərbaycan xalqını isə qəhrəman bir xalq kimi tanıtdı”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://sia.az
archiveBu xəbər 12 İyun 2026 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri