Icma.az
close
up
RU
Menu

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

“Bu, Azərbaycanın bugününü gücləndirən və gələcəyə aparan mənəvi gücdür” ŞƏRH

“Bu, Azərbaycanın bugününü gücləndirən və gələcəyə aparan mənəvi gücdür” ŞƏRH

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələri ilə görüşü mühüm məqamlarla yadda qaldı. Hesab edirəm ki, bu görüşə yalnız dini tədbir kimi deyil, Azərbaycanın Türk dünyası, Qafqaz və İslam coğrafiyası arasında oynadığı mənəvi və mədəni körpü rolu baxımından yanaşmaq lazımdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib.

Onun sözlərinə görə, Seyid Yəhya Bakuvi Azərbaycan fikir tarixinin sərhədlərimizi aşan böyük şəxsiyyətlərindəndir:

“Onun formalaşdırdığı mənəvi-fəlsəfi düşüncənin geniş coğrafiyada yayılması Azərbaycanın əsrlər öncə də regionun mühüm elm və mənəviyyat mərkəzlərindən biri olduğunu göstərir. Bu gün Bakuvinin irsinin müxtəlif ölkələrdən alimlərin və din xadimlərinin iştirakı ilə araşdırılması həm onun ideyalarının aktuallığını, həm də Azərbaycan düşüncə məktəbinin təsir dairəsini nümayiş etdirir.

Əslində, söhbət yalnız bir mütəfəkkirin irsindən getmir. Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi şəxsiyyətlər Azərbaycanın zəngin intellektual və mənəvi tarixinin müxtəlif mərhələlərini təmsil edirlər. Onların yaratdığı irs Azərbaycan coğrafiyasından kənara çıxaraq daha geniş Şərq və İslam mədəniyyətinə təsir göstərib. Bu irsin sistemli araşdırılması və beynəlxalq səviyyədə tanıdılması həm elmi, həm də mədəni diplomatiya baxımından böyük əhəmiyyət daşıyır.

Görüşün iştirakçı coğrafiyasının genişliyi də xüsusi məna daşıyır. Azərbaycan həm Türk dünyasının ayrılmaz hissəsi, həm Qafqaz ölkəsi, həm də İslam sivilizasiyasının zəngin tarixi-mədəni irsinə sahib dövlətdir. Eyni zamanda, ölkəmizin tarixi müxtəlif dini və mədəni ənənələrin yanaşı mövcudluğu ilə seçilir. İslam irsi ilə yanaşı, Qafqaz Albaniyasının xristian irsinin, yəhudi dini-mədəni irsinin və digər tarixi abidələrin qorunması bu zənginliyin mühüm hissəsidir.

Bu xüsusiyyət müasir dünyada daha böyük əhəmiyyət qazanır. Dini və etnik fərqlərin bəzi regionlarda qarşıdurma vasitəsinə çevrildiyi bir zamanda Bakı müxtəlif ölkələrin və dini ənənələrin nümayəndələrini dialoq ətrafında bir araya gətirir. Bu, Azərbaycanın formalaşdırdığı yanaşmanın mahiyyətini göstərir: fərqlilik qarşıdurma səbəbi deyil, qarşılıqlı hörmət və əməkdaşlıq üçün imkan ola bilər.

Türk Dövlətləri Təşkilatı çərçivəsində dini və mənəvi əməkdaşlığın genişlənməsi də bu baxımdan əhəmiyyətlidir. Türk dünyasını birləşdirən bağlar yalnız siyasət, iqtisadiyyat, enerji və nəqliyyatla məhdudlaşmır. Ortaq tarix, dil, mədəni yaddaş və mənəvi dəyərlər bu birliyin daha dərin təməlini təşkil edir. Xüsusilə gənc nəslin bu irsi tanıması və öz tarixi-mədəni kökləri ilə əlaqəsinin gücləndirilməsi gələcək baxımından vacibdir.

Bütün bunların ardıcıl dövlət siyasətinə çevrilməsində Prezident İlham Əliyevin müəyyən etdiyi xətt xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının yanaşmasında tarixi və mənəvi irsimizin qorunması yalnız keçmişə ehtiram deyil, milli kimliyimizin möhkəmləndirilməsi və Azərbaycanın dünyaya öz dəyərləri ilə təqdim olunması məsələsidir. Sentyabrın 15-də keçirilən görüş də bu baxışın aydın ifadəsidir.

Azərbaycan bu gün öz köklərinə bağlı qalaraq Türk dünyası, Qafqaz və İslam coğrafiyası arasında dialoq körpüləri qurur. Prezident İlham Əliyevin siyasətində zəngin tarixi-mənəvi irsimiz sadəcə qorunan keçmiş deyil – Azərbaycanın bu gününü gücləndirən və gələcəyə aparan mənəvi gücdür”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://sia.az
archiveBu xəbər 22 Sentyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see323

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see292

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see287

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see238

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see237

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see235

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see230

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see228

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see220

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see216

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see211

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see207

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see198

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see188

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see184

Leyla Əliyeva İSESKO nun Baş direktoru ilə görüşüb

15 Noyabr 2026 04:16see184

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see183

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see179

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see174

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri