Icma.az
close
up
RU
Bu, “Azərişıq” ASCnin əsas hədəflərindəndir Ekspertdən AÇIQLAMA

Bu, “Azərişıq” ASCnin əsas hədəflərindəndir Ekspertdən AÇIQLAMA

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Azərbaycanın enerji sektorunda texnoloji inkişafı təşviq etməklə, beynəlxalq enerji bazarlarında daha geniş iştirak imkanı yaradan innovativ enerji layihələrinin reallaşdırılması beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıqdan irəli gəlir".

Bunu Moderator.az-a açıqlamasında iqtisadçı ekspert Yalçın Köçərli deyib. 

Onun sözlərinə görə, hal-hazırda təbii yanacaq ehtiyatlarının azalması, enerji qiymətlərinin dəyişkən olması, dünya ölkələrinin siyasi, iqtisadi və enerji mənbələri uğrunda maraqlarının toqquşması enerji təhlükəsizliyini təmin etmək üçün dayanıqlı strategiyanın müəyyənləşdirməsini zəruri edir:

"Enerji təhlükəsizliyinin təmin edilməsində əhali və qeyri-əhali qruplarının enerji daşıyıcıları ilə etibarlı təminatı, enerji növlərinin şaxələndirilməsi, mövcud enerji resurslarından səmərəli istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. 

Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının tövsiyyələrinə əsaslanmaqla “Azərişıq” ASC tərəfindən enerji resurslarından səmərəli istifadə edilməsi, biznes mühitinin müxtəlif sahələrinin tənzimlənməsi çərçivəsində elektrik təchizatının təkmilləşdirilməsi ölkəmizin dayanıqlı enerji siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

2024-cü ilin oktyabr ayının 1-nə olan rəsmi məlumatlara əsasən, ölkədə elektrik enerjisi üzrə əhali qrupuna aid istehlakçıların sayı 2790344 nəfər, qeyri-əhali qrupuna aid istehlakçıların sayı (Naxçıvan MR istisna olmaqla) 188877 nəfər təşkil etmişdir. Əhali və qeyri-əhali qruplarına aid istehlakçıların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təmin etmək üçün "ASAN xidmət",  "ASAN Kommunal",  kiçik və orta biznes evlərinə və ya elektron hökumət portalı vasitəsilə müraciət edə bilərlər. “Azərişıq” ASC-də  istehlakçı məmnunluğunun təmin edilməsi istiqamətində  müraciət və  sorğulara operativ cavab verilməsi “Vətəndaş müraciətləri haqqında”, o cümlədən “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Qanunlar rəhbər tutulmaqla həyata keçirilir. Əsas məqsəd əhali və qeyri-əhali qruplarının müraciətlərinin operativ cavablandırılması, mübahisəli məsələlərin araşdırılması və həlli istiqamətində istehlakçı məmnununluğunun təmin edilməsindən ibarətdir. Ölkənin enerji təhlükəsizliyinin təminatının əsas vasitəsi kimi enerji resurslarından səmərəli istifadənin təmin edilməsilə enerji effektivliyinin artırılması, energetika subyektlərinin və enerji istehlakçılarının maraqları arasında balansın təmin olunması “Azərişıq” ASC-nin əsas hədəflərindəndir.

İstehlakçıların tikinti obyektlərinin qoşulduqları energetika şəbəkəsindən asılı olaraq məişət istehlakçıları üçün sayğaclar “Azərişıq” ASC-nin əməkdaşlarının iştirakı ilə sistem operatorunun vəsaiti hesabına, qeyri-məişət istehlakçıları üçün isə qeyri-məişət istehlakçısının öz vəsaiti hesabına müvafiq sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir. Enerji istehlakçılarının istifadə etdiyi avadanlıq və cihazların texniki tənzimləmə sahəsində texniki reqlamentlərə uyğunluğu cəmiyyətin əməkdaşları tərəfindən yoxlanılmalıdir. Əhali qrupuna aid müəyyən istehlakçılar “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmayan sertifikatlaşdırılmayan məhsul və qurğulardan istifadə edirlər ki, bu da elektrik təchizatı sahəsində qəza hallarına gətirib çıxarır. Elektrik təchizatı şəbəkələrinə qoşulma zamanı “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən, o cümlədən bu sahədə media tərəfindən maarifləndirici təbliğat işlərinin həyata keçirilməsi perspektivdə qəzaların minimal həddə enməsinə səbəb ola bilər"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Dekabr 2024 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see525

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see403

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see400

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see365

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see264

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see255

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see215

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see211

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see197

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see188

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see183

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see178

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see176

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see173

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see164

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see159

Bir ay yuyulmadan geyinilə bilən futbolka hazırlandı

07 Avqust 2026 04:56see157

Antonio Banderas: Keçirdiyim infarkt həyatımın ən yaxşı hadisəsi oldu

07 Avqust 2026 02:24see155

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see155

Vaşinqton İraq Mərkəzi Bankına dollar tədarükünü bərpa etdi

07 Avqust 2026 02:21see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri