"Aldığımız duzun içindən torpaq çıxır" Ekspertdən vacib tövsiyələr VİDEO
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Son vaxtlar Azərbaycanda satışda olan bəzi duz məhsullarının tərkibində qum, torpaq və digər yad hissəciklərin olduğu iddia edilir. Vətəndaşlar aldıqları duzların içərisində belə çirkləndiricilərlə qarşılaşdıqlarını əks etdirən videoları sosial şəbəkələrdə paylaşır, məhsulların keyfiyyəti və qida təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ifadə edirlər.
Bəs duzun tərkibində belə çirkləndiricilərin olması nə ilə bağlıdır? İstehlakçılar duz alarkən hansı məqamlara diqqət yetirməlidir?
Mövzu ilə bağlı "Bakupost"a qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən “Refresh Group” MMC-nin baş icraçı direktoru Seymur Qafarov bildirib ki, gündəlik istifadə etdiyimiz duzlar xarakterik xüsusiyyətlərinə, istehsal və ya idxal olunduqları ölkələrə, eləcə də orqanoleptik göstəricilərinə görə müxtəlif qruplara bölünür.
Onun sözlərinə görə, hazırda ən çox istifadə olunan duz növlərindən biri ağ rəngli, kristal quruluşlu və xörək duzu kimi tanınan məhsuldur:
"Ölkəmizdə əsasən Naxçıvan Muxtar Respublikasında istehsal olunan, eləcə də xaricdən, Hindistan və Pakistandan idxal edilən, Himalay duzu adlandırılan çəhrayı rəngli duzdan istifadə olunur. Bu məhsullardan istifadə edərkən qida təhlükəsizliyi ilə bağlı bir sıra vacib məqamlara diqqət yetirilməlidir. İlk növbədə, məhsulun üzərindəki etiket məlumatları oxunmalıdır. Duzun tərkibində qum dənələri və ya ona xas olmayan digər fiziki çirkləndiricilər varsa, belə duzlar ələnməli və ya xüsusi vasitələrlə termik emala məruz qoyulmalıdır. Bu, məhsulun istifadəsi zamanı qum dənəciklərinin və digər yad hissəciklərin aradan qaldırılmasına imkan verir. Bunu fiziki təmizlənmə meyarı adlandırırıq. Çünki duzun toplanması zamanı onun tam təmizlənməsi hər zaman mümkün olmur. Bu hal daha çox xörək duzu kimi tanıdığımız məhsullarda müşahidə edilir.Bundan başqa, süfrə duzu da mövcuddur. Bu duz daha narın olur, əvvəlcədən xüsusi qaydada təmizlənir və qablaşdırılır. Buna görə də tövsiyə edirik ki, süfrə duzu ilə xörək duzu qarışdırılmasın. Süfrə duzu birbaşa süfrədə, xörək duzu isə yemək hazırlanması məqsədilə istifadə olunsun.Duz məhsulunu alıb qablaşdırmasını açdıqdan sonra onun daxilində hər hansı nəmlik, rəng dəyişikliyi və ya digər şübhəli orqanoleptik göstəricilər müşahidə olunarsa, məhsulu aldığımız qablaşdırma ilə birlikdə pərakəndə satış müəssisəsinə qaytara bilərik.Bu məsələ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 15-ci maddəsi ilə tənzimlənir", - deyə ekspert qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 19 Noyabr 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















