“Bu, baş versə atəşkəsin daha dayanıqlı olmasının ümidi artır”
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
“Əgər HƏMAS ilə İsrail arasında atəşkəş imzalansa 2-3 gün ərzində iki tərəfdən əsirlərin, həbs olunanların, öldürülənlərin, yaralananların dəyişmə prosesi baş verməlidir. Bu, baş versə atəşkəsin daha dayanıqlı olmasının ümidi artır. Sonrakı mərhələləri isə biz gərək gözləyək”.
Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Rizvan Hüseynov deyib.
R.Hüseynov əlavə edib ki, ikinci mərhələ İsrail ordunun tədricən geri çəkilməsidir: “Bu, icra olunsa onda müharibənin yenidən alovlanması təhlükəsi azalır. Üçüncü, dördüncü mərhələlər də var. Humanitar məsələ, Qəzza zolağının əhalisinə dəstək, bərpa işləri və s. məsələlər də var. Amma söylədiyim kimi ən birinci məsələ əsirlərin, həbsdə olanların, ölənlərin, yaralananların dəyişdirilməsidir”.
Röya İsrafilova
Baxış sayı:78
Bu xəbər 09 Oktyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















