Icma.az
close
up
RU
Bu, baş versə, iş yerləri onlayn rejimə keçəcək KONKRET

Bu, baş versə, iş yerləri onlayn rejimə keçəcək KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Son dövrlər mövsümi virus infeksiyalarının yayılma sürətinin artması cəmiyyətdə narahatlıq yaradıb. Yoluxma hallarının çoxalması fonunda bəzi vətəndaşlar iş yerlərinin onlayn rejimə keçməsinin mümkün olub-olmaması ilə maraqlanır. Bəs, yoluxma sayı artdığı halda iş yerlərinin onlayn rejimə keçməsi mümkün variant kimi gündəmə gələ bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən həkim-terapevt Günay Lətifova bildirib ki, hazırkı vəziyyət pandemiya ilə əlaqəli deyil və kütləvi şəkildə onlayn rejimə keçid müzakirə mövzusu olmamalıdır. Onun sözlərinə görə, müşahidə edilən hallar əsasən havanın kəskin dəyişməsi ilə bağlıdır:

“Havanın kəskin şəkildə dəyişməsi insanlarda soyuqdəymə hallarının artmasına səbəb olub. Bu, hər hansı yeni və ya təhlükəli yoluxucu virus deyil. Sadəcə mövsümi soyuqdəymədir və pandemiya xarakteri daşımır.”

Həkim qeyd edib ki, bir çox hallarda xəstəliyin uzanmasının səbəbi insanların tam sağalmadan gündəlik həyatlarına qayıtması və öz sağlamlıqlarına lazımi diqqət göstərməməsidir. Bu isə xəstəliyin təkrar fırlanıb geri qayıtmasına şərait yaradır.

Günay Lətifova vətəndaşlara sağlam qidalanmağa, mövsümə uyğun geyinməyə, açıq havada vaxt keçirməyə və həkim məsləhəti ilə vitaminlər qəbul etməyə çağırıb. O, xüsusilə özbaşına dərman qəbulunun təhlükəli olduğunu vurğulayıb:

“Həkim məsləhəti olmadan antibiotik və virus əleyhinə preparatların qəbulu qətiyyən tövsiyə edilmir. Prosesin bakterial, yoxsa virus mənşəli olduğunu yalnız həkim təyin edə bilər. Əks halda bu cür dərmanlar böyrək və qaraciyərə ciddi zərər vura bilər.”

Həkimin sözlərinə görə, mövcud epidemioloji vəziyyət ciddi məhdudiyyətlər və ya iş yerlərinin onlayn rejimə keçirilməsini zəruri edən səviyyədə deyil.

Aynurə İsmayıl
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Yanvar 2026 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri