Icma.az
close
up
RU
Bu beş parametri söndürün ki, telefonun batareyası tükənməsin

Bu beş parametri söndürün ki, telefonun batareyası tükənməsin

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əksər Android smartfonlarında əlçatan “sürətli parametrlər paneli” (ekranın yuxarısından aşağı sürüşdürməklə açılır) mövcuddur. Burada əsas funksiyalar toplanıb.

Lent.az xəbər verir ki, batareyanın daha uzun müddət işləməsi və telefonun daha sürətli olması üçün həmin parametrlərdən bəzilərini söndürmək məsləhətdir.

Wi-Fi
Bu modul enerjini əsas azaldanlardan biridir. Əgər siz hazırda Wi-Fi-dən istifadə etmirsinizsə, onu söndürün. Açıq vəziyyətdə olan Wi-Fi daim şəbəkə axtarır ki, bu da batareyaya ciddi yük salır və onun tez köhnəlməsinə səbəb olur.

Mobil internet (Mobil məlumatlar)
“Mobil məlumatların ötürülməsi” funksiyası mobil interneti təmin edir. Əgər sizə daimi onlayn rejim lazım deyilsə, söndürün. Vacib məqam: bu halda WhatsApp, Telegram kimi messencerlərdə mesajlar və zənglər gəlməyəcək, lakin adi zənglər aktiv qalacaq.

Bluetooth və NFC
Əgər simsiz qulaqcıq, akustik sistem və ya digər aksesuar istifadə etmirsinizsə, Bluetooth-u bağlayın. Onun daim cihaz axtarışı batareyanı boşaldır. Telefonunuzda NFC (təmassız ödəniş) funksiyası varsa, amma istifadə etmirsinizsə, onu da deaktiv etmək olar.

Avtodönmə və avtomatik parlaqlıq
Bu rahat imkanlar daim arxa planda işləyən sensorlardan istifadə edir: telefonun mövqeyini və ətraf işıqlanmanı analiz edirlər. Bu da enerjiyə təsir edir. Üstəlik, avtomatik parlaqlıq çox vaxt düzgün işləmir, işığı qeyri-ideal səviyyədə təyin edir. Daha səmərəlisi parlaqlığı əl ilə idarə etməkdir. Əgər ekrana üfüqi baxmaq sizdə nadir hallarda baş verirsə, avtodönmə ümumiyyətlə lazım deyil.

Uçuş rejimi (Aviarejim)
Bu rejim bütün simsiz modulları — mobil şəbəkə, Wi-Fi, Bluetooth-u tam söndürür. Bu halda zəng etmək və internetdən istifadə mümkün deyil. Lakin uçuş rejimi batareyaya qənaət üçün ideal seçimdir, xüsusilə telefona tez enerji toplamaq lazım olanda. Bəzi modellərdə Wi-Fi və Bluetooth uçuş rejimində açıq qala bilər. Bunu ayrıca parametrlərdə yoxlamaq lazımdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://lent.az
archiveBu xəbər 31 Avqust 2025 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see292

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see284

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see283

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see268

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see265

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see260

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see259

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see239

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see230

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see221

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see212

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see209

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see209

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see208

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see208

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see206

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see203

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see198

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see194

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri