Icma.az
close
up
RU
Bu bəyanat yalan və böhtan aludəçilərinə xəbərdarlıqdır

Bu bəyanat yalan və böhtan aludəçilərinə xəbərdarlıqdır

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

 Bu günlərdə Ermənistanda “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilir. Tədbir bir çox amillər baxımından diqqət çəkir. Nəzərə alsaq ki, Azərbaycan-Ermənistan münasibətləri 1987-ci ildən indiyədək qlobal siyasətin aparıcı müzakirə mövzularından biri olub və əksər hallarda ondan Cənubi Qafqaza siyasi təsir mexanizmi kimi istifadə edilib, baş tutan toplantı ölkəmiz üçün həm də bu baxış bucağından əhəmiyyətlidir. 

     Tədbirin Ermənistanda keçirilməsinə baxmayaraq, əksər Avropa liderlərinin və Avropa İttifaqının (Aİ) yüksəksəviyyəli rəsmilərinin çıxışlarında dönə-dönə Azərbaycana və Azərbaycan Prezidentinə istinad edilməsi bir daha göstərir ki, avropalıların Cənubi Qafqaza dair baxış və hədəflərinin mərkəzində, onların arzu və istəklərindən asılı olmayaraq, yenə də müstəqil Azərbaycan dayanır. Bir çox ekspertlər bu tədbiri gələn ay Ermənistanda keçiriləcək parlament seçkilərində Paşinyan hökumətinə siyasi dəstəyin açıq ifadəsi kimi qiymətləndirsələr də, Zirvə toplantısı daha dərin siyasi məqsədləri hədəfləyir. Son onilliklər ərzində, ilk dəfə olaraq, ABŞ-Aİ münasibətlərində açıq fikir ayrılığının üzə çıxdığı, Rusiya-Ukrayna müharibəsinin və Yaxın Şərqdə gərginliyin davam etdiyi şəraitdə, bu toplantı, əslində, Avropanın geosiyasi hədəflərinin konturlarını daha çox üzə çıxarır. 

     Biz bu tədbiri, ilk növbədə, ölkəmizin maraqları baxımından təhlil etməliyik. Avropalı liderlərin bir çoxu bəyan etsə də ki, onlar Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyirlər, Avropa Parlamentinin və AŞPA-nın son beş ildə Azərbaycana qarşı qəbul etdiyi əsassız qətnamələr həmin bəyanatların səmimiliyinə yalnız kölgə salır. Avropa Parlamentinin 30 aprel tarixli, sayca 14-cü qətnaməsində ölkəmizə qarşı irəli sürülən növbəti qərəzli iddialar Azərbaycanın məqsədli şəkildə hədəf seçildiyini təsdiq edir. Bu müddəaların hər biri mövcud reallığı təhrif etməklə yanaşı, Azərbaycan Prezidentinin siyasi iradəsi və təşəbbüsü ilə başlanılan sülh prosesini də görməzdən gəlir, iki ölkə arasına qurulmaqda olan etimad mühitinə yalnız zərbə vurur. 

      Bu cür Avropa təsisatlarında sağlam məntiqin “ipucunun” itirilməsinə ən çox o dəlalət edir ki, onlar etnik və dini zəmində bölücülüyü, təhlükəli qarşıdurmanı təşviq edən cahil, dünyəvi dəyərlərlə yanaşı, beynəlxalq hüquqa da zidd olan utancverici arqumentləri açıq şəkildə dilə gətirməkdən artıq çəkinmirlər. Necə ola bilər ki, başqa coğrafiyalarda, o cümlədən Ukraynada separatçıların nəinki həbsini, hətta fiziki cəhətdən məhvini təqdir edənlər Azərbaycana gəldikdə, məhkum olunmuş erməni separatçılarını utanmadan “müharibə əsiri”, “siyasi məhbus” və hətta “girov” adlandırırlar? Yaxud, hansı sağlam məntiqlə izah oluna bilər ki, belələri Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə guya dəstək verdiklərini bəyan etdikləri halda, qətnamələrində artıq mövcud olmayan toponimlərə, o cümlədən keçmiş “Dağlıq Qarabağ” ifadəsinə yer verirlər? Bu, təkcə hüquqi nihilizm məsələsi deyil, həm də növbəti dəfə ən bəsit siyasi riyakarlıq nümunəsidir!

     Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına videobağlantı formatında qoşularaq bu cür təhlükəli siyasi riyakarlığın və ayrı-seçkiliyin yolverilməz olduğunu, onun Azərbaycan tərəfindən heç vaxt qəbul edilməyəcəyini beynəlxalq ictimaiyyətin diqqətinə növbəti dəfə açıq mətnlə çatdırdı: “İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra-2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir... Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib”.

     Bu bəyanat yalan və böhtan, şantaj və çirkin qarayaxma aludəçilərinə həm də onun xəbərdarlığıdır ki, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı reallığı nəzərə almadan və ona hörmət etmədən, kimlərinsə bu coğrafiyada dayanıqlı maraqları barədə düşünməsi sadəlövhlükdən başqa bir şey deyil. Heç bir qərəzli qətnamə və ya pafoslu bəyanat mövcud reallığı dəyişdirə bilməyəcək! Eyni zamanda, heç kim xülyalara qapılaraq düşünməsin ki, Prezident İlham Əliyevin növbəti bəyanatının söykəndiyi geosiyasi reallığı da poza biləcək: “Sülh şəraitində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək”.

Ülvi Quliyev

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 May 2026 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri