Icma.az
close
up
RU
“Bu qərar İrana qarşı ciddi xəbərdarlıqdır”

“Bu qərar İrana qarşı ciddi xəbərdarlıqdır”

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Avropa İttifaqı Şurasının İrana qarşı 2015-ci ildə dondurulmuş bəzi sanksiyaları qismən bərpa etməsi, əslində Qərbin Tehranla münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, bu addımın birinci səbəbi İranın nüvə proqramı ilə bağlı öhdəlikləri tam icra etməməsi və Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatlarında göstərilən uyğunsuzluqlardır: “İkinci amil isə Tehran rəhbərliyinin regional siyasətdə, xüsusilə Yaxın Şərqdə gərginliyi artıran addımlarıdır. Avropa üçün bu məsələ təkcə nüvə silahı riski ilə bağlı deyil, həm də enerji təhlükəsizliyi və regional sabitlik baxımından həyati əhəmiyyət daşıyır”.

T.İsmayılovun sözlərinə görə, 2015-ci ildə imzalanmış nüvə sazişi Avropa üçün müəyyən ümidlər yaratmışdı, lakin ABŞ-nin Tramp dövründə sazişdən çıxması prosesi zəiflətdi: “İndi isə Avropa özünün müstəqil mövqeyini göstərmək və həm də Vaşinqtonla sinxron siyasət yürütmək istəyir. Sanksiyaların qismən bərpası həm siyasi, həm də iqtisadi təzyiq mexanizmi kimi nəzərdə tutulur. Bu qərar İrana qarşı ciddi xəbərdarlıqdır: əgər Tehran güzəşt etməsə, daha sərt addımlar atıla bilər”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 Oktyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see282

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see270

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see261

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see257

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see255

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see241

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see240

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see239

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see235

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see231

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see221

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see218

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see218

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see217

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see212

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see211

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see207

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see205

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see199

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri