Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan lideri düşmənlərin yalan, böhtan kampaniyasını davamlı susdururdu

Azərbaycan lideri düşmənlərin yalan, böhtan kampaniyasını davamlı susdururdu

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Növbəti açıqlamaları Türkiyənin “A Haber” telekanalı yaymışdı

2020-ci ilin payızında Azərbaycanın müasir tarixinin ən həlledici günləri yaşanırdı. Uzun dövr davam edən ədalətsiz status-kvo, işğal və beynəlxalq hüququn pozulması fonunda xalqımız 27 sentyabrdan başlanan Vətən müharibəsi ilə öz suverenliyini bərpa etmək, haqq səsini dünyaya çatdırmaq missiyasını yerinə yetirirdi. Bu mühüm prosesin siyasi, diplomatik və ideoloji cəbhəsində isə Prezident İlham Əliyev öz liderlik məktəbini, milli maraqlara söykənən qətiyyətini və beynəlxalq informasiya mübarizəsində misilsiz bacarığını nümayiş etdirirdi.

Dövlət başçısının 2020-ci il oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına verdiyi müsahibə də bu informasiya diplomatiyasının parlaq nümunələrindən biri idi. Bu çıxış təkcə döyüş meydanındakı uğurların izahı deyildi, eyni zamanda, siyasi baxımdan Azərbaycanın haqq işinə verilən beynəlxalq qiymətin formalaşmasında həlledici mərhələ idi.

Haqq mübarizəsinin informasiya təminatı

Prezident İlham Əliyev “A Haber”lə söhbətində bir daha bəyan etdi ki, Azərbaycan Ermənistanla mübarizəsini təkcə ərazi bütövlüyü uğrunda deyil, həm də beynəlxalq hüququn bərpası, ədalətin bərqərar olması üçün aparır. Bu fikrin təsdiqi olaraq dövlət başçısı diqqəti BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, lakin 27 il ərzində icra olunmayan qətnamələrə yönəltdi. Belə bir fakt, əslində, beynəlxalq sistemdəki ikili standartların açıq göstəricisi idi. Dövlət başçısı müsahibədə daha sonra Azərbaycanın bu qətnamələrin yerinə yetirilməsini hər zaman sülh yolu ilə istədiyini bildirdi. Lakin Ermənistanın destruktiv fəaliyyəti, təxribatları və işğal siyasətini möhkəmləndirməsi Vətən müharibəsini labüd etdi. Ölkəmizin belə bir mövqeyi – qəsbkarın işğalı genişləndirməsinə qarşı əks–hücuma başlanılması, əslində, ədalətin, dövlət məsuliyyətinin ifadəsi idi.

Müsahibədə Türkiyə – Azərbaycan münasibətlərindən danışan Prezident İlham Əliyev iki qardaş ölkə arasındakı əlaqələrin yüksək səviyyəli diplomatik münasibətlərdən, eləcə də eyni kökdən, eyni tarixdən, eyni dəyərlərdən qaynaqlandığını vurğuladı: “Türkiyənin siyasi, mənəvi və diplomatik dəstəyi Azərbaycanın haqq mübarizəsinə beynəlxalq miqyasda böyük güc qatdı. Prezident İlham Əliyev xüsusi olaraq qeyd etdi ki, Türkiyənin bu mövqeyi regionda yeni geosiyasi balans yaradıb və heç bir xarici qüvvə artıq bu reallığı dəyişdirə bilməz. Bu, təkcə müharibə günlərinin yox, həm də gələcək onilliklərin əsas istiqamətini müəyyən edən strateji baxış idi”.

Qeyd edək ki, 2020-ci ilin payızında baş verən hadisələr təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında cərəyan edirdi. Ermənistan dezinformasiya və manipulyasiya vasitəsilə beynəlxalq rəy formalaşdırmağa, qardaş Türkiyənin bölgədəki sülh yanaşmasına çamur atmağa çalışırdı, Prezident İlham Əliyev isə dünya mediası qarşısında Azərbaycanın haqq səsini qətiyyətlə, arqumentlərlə müdafiə edirdi, Türkiyənin Vətən savaşındakı rolunu isə ölkəmizə ictimai-siyasi dəstək kimi dəyərləndirirdi: “Türkiyə-Azərbaycan birliyi bölgə üçün sabitlik gətirir. Əgər toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar gəlməsəydi, bəlkə də bu işlərə başqaları qarışa bilərdi. Türkiyənin bu mesajları hər kəsə “dur” dedi. Azərbaycan tək deyil, Türkiyə işin sonuna qədər Azərbaycanın yanındadır. Əlbəttə ki, bu gün Azərbaycan – Türkiyə birliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir və bu, müsbət amildir. Bizim birliyimiz hər hansı bir ölkənin maraqlarına qarşı deyil. Biz, sadəcə olaraq, öz maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam etdiririk”.

Vətən savaşının beynəlxalq hüquqi təməli

Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi təkcə hərbi meydanda deyil, həm də beynəlxalq hüquq müstəvisində ədalət uğrunda aparılan mübarizə idi. Bu mübarizənin əsas istiqamətlərindən biri Ermənistanın müharibə qaydalarını və beynəlxalq humanitar hüququ kobud şəkildə pozması, dinc əhalini və yaşayış məntəqələrini məqsədyönlü şəkildə hədəfə alması faktlarının ifşası idi.

Prezident İlham Əliyev bu məsələni bütün beynəlxalq platformalarda prinsipial və ardıcıl şəkildə gündəmə gətirərək, Ermənistanın törətdiyi cinayətlərin hüquqi-siyasi qiymətini dəqiq ifadə etdi. Azərbaycan lideri müsahibədə bununla bağlı faktlara əsaslanaraq, Ermənistanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərə raket zərbələri endirməsini, dinc əhalinin hədəfə almasını beynəlxalq hüquq çərçivəsində müharibə cinayəti kimi qiymətləndirdi, bunu erməni faşizminin növbəti təzahürü adlandırdı: “Onlar adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açırlar. Bunu biz Birinci Qarabağ savaşında da gördük. Məhz Xocalı soyqırımını törədənlər bizim həmin mənfur qonşularımızdır. Bu dəfə də görəndə ki, artıq döyüş meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər və işğal edilmiş torpaqlarda bizə qarşı müqavimət göstərə bilmirlər, onlar yenə də mülki vətəndaşları hədəfə aldılar və namərd hücum nəticəsində bizim insanlarımız həlak oldular, həm Gəncədə, həm də dünən Tərtərdəki qəbiristanlıqda”.

Azərbaycanın dövlət başçısı dəfələrlə vurğulayıb ki, Gəncə, Bərdə və Tərtər şəhərlərinə atılan raketlər müharibə qanunlarına ziddir, bu hücumlar sırf terror məqsədi daşıyır və beynəlxalq hüquq baxımından açıq-aşkar müharibə cinayətidir. Ermənistan ordusu cəbhə xəttindən uzaqda yerləşən bu şəhərlərdə mülki infrastrukturu – yaşayış binalarını, xəstəxanaları, məktəbləri, ticarət obyektlərini, uşaqları və qadınları məqsədli şəkildə hədəfə almışdı. Bu faktlar Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təkcə Azərbaycanın suverenliyinə qarşı deyil, həm də bütün bəşəri dəyərlərə, humanizm prinsiplərinə qarşı yönəlmişdi.

Xatırladaq ki, Gəncə və Bərdəyə atılan “Skad” və “Smerç” tipli raketlər nəticəsində onlarla dinc sakin həyatını itirdi, yüzlərlə insan yaralandı. Bu hadisələr beynəlxalq ictimaiyyətə təqdim edilən sübutlarla bir daha göstərdi ki, Ermənistan silahlı qüvvələri müharibənin elementar etik qaydalarına belə məhəl qoymur. Prezident İlham Əliyev bu faktları dünya mediası qarşısında konkret sənədlərlə, foto və videomateriallarla ortaya qoyaraq, işğalçının cinayətkar mahiyyətini ifşa etdi və bildirdi ki, bu hücumlar müharibə deyil, terror aktıdır.

Beynəlxalq hüququn əsas prinsiplərinə görə, münaqişə şəraitində mülki əhalinin və onların əmlakının məqsədli şəkildə məhv edilməsi Cenevrə konvensiyalarının kobud pozuntusudur. Azərbaycan Prezidenti məhz bu kontekstdə Ermənistanın hərəkətlərini müharibə cinayəti kimi qiymətləndirərək, beynəlxalq ictimaiyyəti bu cinayətlərin tanınmasına və cəzasızlığın qarşısının alınmasına çağırdı. Bu, təkcə hüquqi deyil, həm də mənəvi məsələ idi. Çünki Vətən müharibəsində Azərbaycan dövləti heç vaxt mülki obyektləri hədəf almadı, əməliyyatları yalnız beynəlxalq humanitar hüquq çərçivəsində apardı.

Prezident İlham Əliyevin bu prinsipial mövqeyi Azərbaycanın haqlı mübarizəsini daha da gücləndirdi. Onun beynəlxalq tribunalara, aparıcı KİV-lərə və siyasi mərkəzlərə ünvanlanan çıxışlarında əsas fikir bundan ibarət idi ki, ədalət yalnız güclü ordunun deyil, həm də güclü hüquqi və mənəvi mövqenin sayəsində təmin olunur. Məhz bu səbəbdən Azərbaycan həm hərbi, həm diplomatik, həm də hüquqi müstəvidə qalib gəldi.

Vətən müharibəsinin ən ağrılı səhifələrindən biri olan Gəncə, Bərdə və Tərtərin bombalanması hadisələri Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı. Lakin həmin faciələr, eyni zamanda, ölkəmizin haqlı mövqeyinin açıq-aydın görünməsinə, beynəlxalq ictimaiyyətin diqqətinin Ermənistanın təcavüzkar siyasətinə yönəlməsinə səbəb oldu. Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan bu cinayətlərin unudulmaması və gələcəkdə təkrarlanmaması üçün güclü siyasi-hüquqi baza formalaşdırdı.

Bu gün müharibədən beş il ötür, lakin həmin hadisələrə verilən qiymət, Azərbaycan Prezidentinin qəti və ədalətli mövqeyi öz aktuallığını itirmir. Çünki bu mövqe sülhün, ədalətin və beynəlxalq hüququn aliliyinə çağırışdır. Azərbaycan dünyaya göstərdi ki, həm cəbhədə, həm də hüquq meydanında həqiqət gec-tez qalib gəlir.

Dövlətimizin başçısı müsahibə zamanı hərbi əməliyyatların uğurlu gedişatını da şərh edərək bildirdi ki, Azərbaycan ordusu qısa müddətdə bir çox yaşayış məntəqələrini azad edib. Bu, hərbi qələbə olmaqla bərabər, həm də 30 ilə yaxın davam edən milli ədalətsizliyə verilən cavabdır. Ölkə rəhbəri, eyni zamanda, vurğuladı ki, Azərbaycan əsgəri öz torpağında vuruşur, işğalçı isə mənasız şəkildə başqasının ərazisində can verir. Bu məqamda Prezidentin fikirləri milli birliyin, Vətən sevgisinin və xalq-ordu vəhdətinin ifadəsinə çevrildi.

Müsahibənin digər strateji xətti regionda yaranan yeni geosiyasi reallıqlar idi. Prezident İlham Əliyev qeyd etdi ki, bu müharibədən sonra Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təminatçısı Azərbaycan olacaq. Ermənistanın işğal siyasətinin iflasa uğraması, onun havadarlarının proseslərə təsir imkanlarının azalması isə artıq yeni mərhələnin başlanğıcını qoyurdu. Yeri gəlmişkən, Prezident İlham Əliyevin “A Haber”də səsləndirdiyi bu fikirlər sonradan reallığa çevrildi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat regionda yeni siyasi xəritə yaratdı. Azərbaycan hərbi, siyasi və diplomatik müstəvidə qalib kimi çıxış etdi.

Qardaşlığın strateji müttəfiqlik dayağı

Dövlət başçısının müsahibədəki fikirləri təkcə diplomatik deyil, həm də psixoloji və ideoloji liderlik nümunəsi idi. O, həm beynəlxalq auditoriyaya, həm də Azərbaycan xalqına eyni anda müraciət edirdi. Başqa sözlə, bir tərəfdən sülh və beynəlxalq hüquqa sədaqət, digər tərəfdən qətiyyət və milli iradə mesajı verirdi. Bu, liderin xalqla mənəvi bağının, siyasi uzaqgörənliyinin və strateji düşüncəsinin ifadəsi kimi diqqət çəkirdi. İlham Əliyevin hər çıxışı, o cümlədən “A Haber”ə müsahibəsi Vətən müharibəsi dövründə milli həmrəyliyin ideoloji dayağına çevrildi.

Azərbaycan Prezidenti müsahibənin sonunda qeyd etdi ki, Türkiyə ilə Azərbaycan münasibətləri gələcəkdə daha da dərinləşəcək və regionun inkişafı bu birliyə söykənəcək. Sonrakı illərdə Zəngəzur dəhlizi təşəbbüsünün irəli sürülməsi, birgə enerji və nəqliyyat layihələri, eləcə də Qarabağın bərpasında Türkiyə şirkətlərinin iştirakı bu bəyanatların praktiki təsdiqi oldu. Beləliklə, “A Haber” müsahibəsi həm dövrün siyasi manifesti, həm də gələcəyə baxış idi.

Vaqif BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2025 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see220

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see217

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see208

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see179

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see177

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see157

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see157

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see151

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see147

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see146

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see146

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see143

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see142

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see141

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see135

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see134

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri