Bu binanın sakinləri təhlükə içində yaşayır: Sürüşmə riski artır
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yaşayış binasının yaxınlığında sürüşmə riski sakinləri ciddi narahat edir.
Hurriyyet.media xəbər verir ki, güclü yağış və selin səbəb olduğu uçqunun nəticələri hələ tam aradan qaldırılmayıb.
Hadisə nəticəsində iri beton konstruksiyalar avtomobillərin üzərinə düşüb. Sakinlərin sözlərinə görə, sürüşmə ərazidə torpaq qatının vəziyyətinə ciddi təsir göstərib. Hazırda yaşayış binasının ətrafında uçqun təhlükəsi qalmaqdadır. Binada bir sıra çatların yaranması da narahatlığı daha da artırıb.
Sakinlər aidiyyəti qurumlardan ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və problemin mümkün qədər tez həll olunmasını tələb edirlər.
Məsələ ilə bağlı Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən isə bildirilib ki, məsələnin həlli üçün Fövqəladə Hallar Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət edilib. Qurumların məsələyə yenidən baxacağı və təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görüləcəyi qeyd olunub. (milli.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 21 Avqust 2026 11:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















