“Bu, bizim müharibəmizdir!” “Ukraynadakı müharibə dəhşətli layihənin yalnız bir hissəsidir”
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşanın Baş naziri Donald Tusk Qərb cəmiyyətlərini Ukraynadakı müharibənin başqasının münaqişəsi deyil, “bizim müharibəmiz” olduğunu qəbul etməyə çağırıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, o, bu barədə Varşava Təhlükəsizlik Forumunun açılışındakı çıxışı zamanı bildirib.
Polşanın Baş naziri vurğulayıb ki, sadə bir həqiqət Qərbə və transatlantik ictimaiyyətə çatdırılmalıdır: müharibə gedir və sülh əbədi olaraq təmin olunmayıb: "Bu, yalnız dünyanın bu hissəsinə xas olan bir şey deyil”.
Tusk qeyd edib ki, həm Varşavada, həm də başqa yerlərdə tez-tez “bunun bizim müharibəmiz olmadığını və bizə aidiyyatı olmamalıdır” deyən səslər eşidilir: "Biz başa düşməliyik ki... bu, bizim müharibəmizdir, çünki Ukraynadakı müharibə dünyada zaman-zaman ortaya çıxan dəhşətli layihənin yalnız bir hissəsidir. Və bu siyasi layihənin məqsədi həmişə eynidir: xalqları necə əsarət altına almaq, ayrı-ayrı şəxsləri azadlığından necə məhrum etmək, avtoritarizmin, despotizmin, qəddarlığın zəfər çalmasını necə təmin etmək. Əgər bu müharibəni uduzsaq, nəticələr təkcə bizim nəsillərə deyil, həm də gələcək nəsillərə təsir edəcək. Polşada, bütün Avropada, ABŞ-də, bütün dünyada".
“AzPolitika.info”
Baxış sayı:62
Bu xəbər 29 Sentyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















